Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xalq artisti: “Məni ad gününə, toylarınıza da çağırmayın” – (Video)

Cəmiyyət

Xalq artisti Röya Ayxanın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Çağdaş.Az xəbər verir ki, pop ulduz şəxsi tədbirlərə dəvətlərlə bağlı fikirlərini bölüşüb. Sənətçi ad günləri və toylarla bağlı həmkarlarına müraciət edərək səmimi etiraf edib.

Röya bildirib ki, şəxsən özünün ad günlərinə dəvət olunmamasından qəti şəkildə heç kimdən incimədiyini vurğulayıb. O, həmçinin toylara qonaq qismində deyil, sənətçi kimi dəvət edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

“Ad gününə sizi çağırmayacağam, siz də çağırmayın. Heç birinizdən incimərəm, öpürəm sizi. Çağırmasanız, qətiyyən heç birinizdən incimirəm. Toylarınıza da qonaq kimi çağırmayın. Çağırsanız da, iş kimi dəvət edin, qonorarla. Şəxsən özümü çağırmayın. Məni bəzəyirlər, geyindirirlər, musiqiçilərim var”, – deyə müğənni bildirib.

Sənətçinin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Röya Ayxanın həmkarlarına ünvanladığı müraciət müzakirə mövzusuna çevrilib.\milli.az\