Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Xankəndidə 28 min nəfər yaşayır

Cəmiyyət
Bu gün Xankəndində artıq 28 min nəfər yaşayır və işləyir.

Cagdas.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusun nümayəndələrinə Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfərləri zamanı danışıb.

O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Xankəndiyə qayıdış prosesi fəal şəkildə davam edir.

“Hazırda Xankəndidəki Qarabağ Universitetində 3 mindən çox tələbə təhsil alır. Bu, ümumi əhalinin 10%-dən çoxunu təşkil edir”, – Yusubov bildirib.

Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar tikilir, müasir tələblərə cavab verən yollar çəkilir: “Eyni zamanda, şəhərin görünüşünə və müasir şəhərsalma standartlarına uyğun olmayan tikililərin sökülməsi prosesi sürətlənib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir binaların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb”.