• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.5° Weather Columbus
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xaricdə ali təhsil alanlar imtahan verəcəklər – Yeni qayda

02 Sentyabr, 26 / 11:08
A A

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək.

Bu barədə Cagdas.az -a DİM-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Peşə tanınması üzrə növbəti imtahan 29 sentyabr 2026-cı il tarixində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər imtahandan 5 gün öncə DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılır.

Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Strateji tərəfdaşlığımız uğurla davam edəcək – İlham Əliyev

Sentyabr 2, 2026
Cəmiyyət

Ali Məhkəmədən icarəçilər üçün VACİB QƏRAR

Sentyabr 2, 2026
Cəmiyyət

TƏBİB 72 mindən çox tibb işçisinin maaşını artırır

Sentyabr 2, 2026
Cəmiyyət

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Sentyabr 2, 2026
Cəmiyyət

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir – Görüntü

Sentyabr 2, 2026
Cəmiyyət

Mal əti bahalaşdı

Sentyabr 2, 2026

XƏBƏR LENTİ

Strateji tərəfdaşlığımız uğurla davam edəcək – İlham Əliyev

02 Sentyabr, 26 / 13:16

Ali Məhkəmədən icarəçilər üçün VACİB QƏRAR

02 Sentyabr, 26 / 13:04

TƏBİB 72 mindən çox tibb işçisinin maaşını artırır

02 Sentyabr, 26 / 12:51

Bu tələbələrə 2000 manat mükafat veriləcək

02 Sentyabr, 26 / 12:37

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir – Görüntü

02 Sentyabr, 26 / 12:24

Mal əti bahalaşdı

02 Sentyabr, 26 / 12:13

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

02 Sentyabr, 26 / 12:00

Türkiyədə iki gəmi toqquşdu, 10 nəfərdən xəbər yoxdur

02 Sentyabr, 26 / 11:49

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

02 Sentyabr, 26 / 11:36

İxtisas seçimi bu gün bitir – Abituriyentlərin DİQQƏTİNƏ

02 Sentyabr, 26 / 11:22
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.