• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.9° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”

30 İyul, 26 / 14:23
A A

Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artdıqca, bu sahədə xidmət göstərən şirkətlərə müraciətlər də çoxalır. Mütəxəssislər hesab edirlər ki, düzgün seçim etmək gələcək təhsil və karyera planlamasının ən vacib mərhələlərindən biridir.

Cagdas.az  xəbər verir ki, First Academy şirkətinin rəhbəri Vüsal Qəribov bildirib ki, müraciət edənlərin ən çox rastlaşdığı problemlərdən biri prosesə kifayət qədər araşdırma aparmadan başlamalarıdır.

Onun sözlərinə görə, xaricdə təhsil yalnız universitetə qəbul olmaqdan ibarət deyil. Ölkənin seçilməsi, ixtisasın əmək bazarına uyğunluğu, maliyyə planlaması, yaşayış xərcləri və viza prosedurları da əvvəlcədən nəzərə alınmalıdır.

“Namizədlər bəzən yalnız sosial şəbəkələrdə gördükləri məlumatlara əsasən qərar verirlər. Halbuki hər tələbənin akademik göstəriciləri, dil səviyyəsi və məqsədləri fərqlidir. Buna görə də fərdi yanaşma vacibdir”, – deyə V.Qəribov qeyd edib.

Ekspert hesab edir ki, xaricdə təhsil şirkəti seçərkən ilk növbədə onun fəaliyyət prinsipləri araşdırılmalıdır. Şirkətin rəsmi müqavilə ilə işləməsi, müraciət prosesini mərhələlərlə izah etməsi və real məlumat təqdim etməsi gələcəkdə yarana biləcək problemlərin qarşısını ala bilər.

V.Qəribovun sözlərinə görə, qəbul və viza prosesində heç bir şirkət nəticəyə yüz faiz zəmanət verə bilməz. Bu səbəbdən vədlərdən daha çox prosesin necə idarə olunmasına diqqət yetirilməlidir.

O, xaricdə təhsil almağı planlaşdıran gənclərə aşağıdakı tövsiyələri verib:

* universitet və ixtisas seçimini tələsik etməmək;
* qəbul şərtlərini və maliyyə imkanlarını əvvəlcədən araşdırmaq;
* xarici dil hazırlığını erkən başlamaq;
* bütün sənədləri rəsmi qaydada hazırlamaq;
* əməkdaşlıq edilən şirkətlə müqavilənin şərtlərini diqqətlə oxumaq.

Qəribov əlavə edib ki, son illərdə gənclər arasında Avropa ölkələri ilə yanaşı Kanada və Asiya universitetlərinə də maraq artıb. Onun fikrincə, uğurlu nəticə ilk növbədə düzgün planlama, real gözləntilər və ardıcıl hazırlıqdan asılıdır.

Mütəxəssislər də hesab edirlər ki, xaricdə təhsil qərarı verilərkən yalnız qəbul mərhələsi deyil, məzun olduqdan sonrakı karyera imkanları da nəzərə alınmalıdır. Bu isə həm tələbənin, həm də ailəsinin daha məlumatlı qərar qəbul etməsinə kömək edir.(Medialive.az )

Bənzər Xəbərlər

Cəmiyyət

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

İyul 30, 2026
Cəmiyyət

İyulun son gününün hava PROQNOZU

İyul 30, 2026
Cəmiyyət

“İdrak”da güllələnən müəllim işdən çıxdı – Vakansiya AÇDILAR

İyul 30, 2026
Cəmiyyət

Şəxsi əmlakımız üzərində hansı hüquqlarımız var? — AÇIQLAMA

İyul 30, 2026
Cəmiyyət

Mərkəzi Bank faiz qərarını sabah AÇIQLAYACAQ

İyul 30, 2026
Cəmiyyət

500 manatlıq şadlıq sarayları: süfrəyə nə qoyurlar?

İyul 30, 2026

XƏBƏR LENTİ

Kolleclərə ixtisas seçimi BAŞLAYIR

30 İyul, 26 / 15:07

İyulun son gününün hava PROQNOZU

30 İyul, 26 / 14:53

“İdrak”da güllələnən müəllim işdən çıxdı – Vakansiya AÇDILAR

30 İyul, 26 / 14:38

“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”

30 İyul, 26 / 14:23

Şəxsi əmlakımız üzərində hansı hüquqlarımız var? — AÇIQLAMA

30 İyul, 26 / 14:09

Mərkəzi Bank faiz qərarını sabah AÇIQLAYACAQ

30 İyul, 26 / 13:54

500 manatlıq şadlıq sarayları: süfrəyə nə qoyurlar?

30 İyul, 26 / 13:40

Toyuq əti təhlükə mənbəyinə çevrilir?

30 İyul, 26 / 13:26

Azərbaycanın xarici dövlət borcu azaldı

30 İyul, 26 / 13:12

Magistraturada boş qalan yerlər üzrə yenidən müsabiqə keçiriləcək

30 İyul, 26 / 12:58
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.