• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xaricdən maşın gətirənlərin nəzərinə – Qaydalar dəyişir

04 Sentyabr, 26 / 15:00
A A

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib.

Cagdas.az  Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:

– mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması;

– xarici ticarət iştirakçılarının nəqliyyat vasitələrinə tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması;

– gömrük orqanlarının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan xarici ticarət iştirakçıları tərəfindən götürülməsi;

– gömrük nəzarəti altında olan malların gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan nəqliyyat vasitələrindən boşaldılması və nəqliyyat vasitələrinə yüklənməsi;

– gömrük nəzarəti altında olan malların daşınması üçün gömrük orqanları tərəfindən marşrutun müəyyən edilməməsi;

– malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlancının onların sahibinin istifadəsində olan anbarlarda həyata keçirilməsi;

– idxal olunan malların birbaşa şəxsin istifadəsində olan anbara aparılması;

– ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə malların bəyan edildiyi dövlət sərhədindən buraxılış məntəqəsinə birbaşa göndərilməsi.

Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:

– gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan malların buraxılışının növbədənkənar və dərhal təmin edilməsi;

– gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminat üsullarının gömrük orqanları tərəfindən tələb olunmaması;

– gömrük ərazisinə gətirilmiş malların qısa idxal bəyannaməsi əsasında buraxılışına icazə verilməsi;

– gömrük rəsmiləşdirilməsinə dair bütün gömrük əməliyyatlarının Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi;

– malların sadələşdirilmiş bəyannamə əsasında bəyan olunması.

Döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.\metbuat.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR…

Sentyabr 5, 2026
Cəmiyyət

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

Sentyabr 5, 2026
Cəmiyyət

Pay torpaqları vətəndaşlardan alınacaq? – AÇIQLAMA

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

Sentyabr 5, 2026
Cəmiyyət

Veteran təqaüdü 100 manata qaldırıla bilər – DEPUTAT AÇIQLADI

Sentyabr 5, 2026
Cəmiyyət

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR…

05 Sentyabr, 26 / 17:46

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

05 Sentyabr, 26 / 17:27

Pay torpaqları vətəndaşlardan alınacaq? – AÇIQLAMA

05 Sentyabr, 26 / 17:07

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

05 Sentyabr, 26 / 16:47

Veteran təqaüdü 100 manata qaldırıla bilər – DEPUTAT AÇIQLADI

05 Sentyabr, 26 / 16:29

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

05 Sentyabr, 26 / 16:11

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

05 Sentyabr, 26 / 15:50

BMT qəbul etdi: Dünya xəritəsi dəyişir

05 Sentyabr, 26 / 15:31

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

05 Sentyabr, 26 / 15:12

Prezidentin linç edilməsi

05 Sentyabr, 26 / 14:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.