• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9383
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Xarici saytlardan mal alanların NƏZƏRİNƏ: onlayn alış-verişlər qadağan ediləcək?

29 İyul, 26 / 20:37
A A

Son illər Azərbaycan vətəndaşlarının xarici onlayn platformalardan alış-verişə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya istehlakçılar üçün daha geniş seçim və münasib qiymətlər təqdim etsə də, yerli ticarətə, ölkədən valyuta axınına və ümumilikdə iqtisadiyyata mümkün təsirləri müzakirə mövzusudur.

Cagdas.az xəbər veriri ki Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, xarici onlayn alış-verişin artması istehlakçılar üçün daha geniş seçim, aşağı qiymətlər və rahat alış imkanı yaratsa da, bunun yerli iqtisadiyyata da müəyyən təsirləri var.

Onun sözlərinə görə, istehlakçılar xarici platformalardan daha çox məhsul aldıqca, həmin vəsait ölkədən kənara çıxır və bu da valyuta axınını artırır. Xüsusilə gündəlik istifadə olunan məhsulların böyük hissəsi xaricdən sifariş edilərsə, yerli satıcıların dövriyyəsi və gəlirləri azala bilər.

İqtisadçı qeyd edib ki, bu tendensiya yerli ticarətdə rəqabəti gücləndirir. Bir tərəfdən bu, sahibkarları qiymət, xidmət keyfiyyəti və məhsul çeşidi baxımından daha rəqabətqabiliyyətli olmağa sövq edir. Digər tərəfdən isə kiçik və orta sahibkarların bazardakı mövqeyini zəiflədə, bəzi ənənəvi satış məntəqələrinin fəaliyyətini çətinləşdirə bilər.

Akif Nəsirlinin fikrincə, uzunmüddətli perspektivdə xarici onlayn alış-verişin sürətlə artması daxili istehsalın və pərakəndə ticarətin inkişaf tempinə mənfi təsir göstərə bilər. Yerli müəssisələrin satışlarının azalması məşğulluğa, vergi daxilolmalarına və yeni investisiyalara da təsir edə bilər. Bununla yanaşı, ölkədən valyutanın daha çox çıxması xarici ticarət balansı baxımından da müəyyən risklər yarada bilər.

Bununla belə, ekspert hesab edir ki, bu prosesi yalnız mənfi qiymətləndirmək düzgün olmaz. Onun sözlərinə görə, xarici platformalar yerli biznes üçün də yeni imkanlar yaradır. Sahibkarlar rəqəmsal satış kanallarını inkişaf etdirə, elektron ticarətə keçid edə, xidmət keyfiyyətini yüksəldə və daha rəqabətqabiliyyətli qiymətlər təklif edə bilərlər. Belə olduqda həm yerli bazar güclənər, həm də xarici rəqabət daxili ticarətin daha müasir və səmərəli fəaliyyət göstərməsinə təkan verər.

Akif Nəsirli vurğulayıb ki, əsas məqsəd xarici onlayn alış-verişi məhdudlaşdırmaq deyil, yerli biznesin rəqabət qabiliyyətini artırmaq, elektron ticarətin inkişafını dəstəkləmək və daxili istehsalın gücləndirilməsi üçün əlverişli biznes mühiti yaratmaqdır. Onun sözlərinə görə, bu halda həm istehlakçılar daha keyfiyyətli xidmət əldə edər, həm də iqtisadiyyat üçün yarana biləcək risklər minimuma endirilə bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı

İyul 29, 2026
Cəmiyyət

Qaz obyektləri ilə bağlı yeni QƏRAR

İyul 29, 2026
Cəmiyyət

Azərbaycanda 6 mindən çox tarix-mədəniyyət abidəsi dövlət nəzarətindədir

İyul 29, 2026
Cəmiyyət

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

İyul 29, 2026
Cəmiyyət

ADNSU 26 milyon manata təmir olunacaq

İyul 29, 2026
Cəmiyyət

Rusiyada səfərbərlik iddiaları: Azərbaycanlıları nə gözləyir?

İyul 29, 2026

XƏBƏR LENTİ

Gümüş medal qazanan Əli Cavadlı mükafatlandırılıb

29 İyul, 26 / 21:23

Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı

29 İyul, 26 / 21:07

Qaz obyektləri ilə bağlı yeni QƏRAR

29 İyul, 26 / 20:53

Xarici saytlardan mal alanların NƏZƏRİNƏ: onlayn alış-verişlər qadağan ediləcək?

29 İyul, 26 / 20:37

Azərbaycanda 6 mindən çox tarix-mədəniyyət abidəsi dövlət nəzarətindədir

29 İyul, 26 / 20:22

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

29 İyul, 26 / 20:08

ADNSU 26 milyon manata təmir olunacaq

29 İyul, 26 / 19:53

Rusiyada səfərbərlik iddiaları: Azərbaycanlıları nə gözləyir?

29 İyul, 26 / 19:39

Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? – RƏSMİ

29 İyul, 26 / 19:25

Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir

29 İyul, 26 / 19:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.