Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəzər dənizinin adı dəyişib belə ola bilər – Ağlasığmaz ADDIM

Cəmiyyət

“İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb.

Çağdaş.Az xəbər verir ki, İranda fəaliyyət göstərən bu millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıblar.

İranda türk tənqidçilər hesab edirlər ki, bəzi fars millətçi cərəyanlarının “Xəzər” adını “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzləmək cəhdi sadəcə coğrafi ad seçimi deyil.

Onların fikrincə, bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır:

“Daha əvvəl keçirilmiş bir kampaniyada fars millətçiləri xəzərləri açıq şəkildə “işğalçı və anti-İran xalqı” adlandıraraq onların adının bu dənizdən silinməsini tələb etmişdilər. Bu cür ifadələr kampaniyanın millətçi mahiyyətini ortaya qoyur”.

Qeyd edək ki, “Xəzər” adı tarixdə mövcud olmuş türkmənşəli xəzər xalqının adından götürülüb. İran İslam Respublikasının rəsmi sənədlərində də əsasən “Xəzər dənizi” ifadəsindən istifadə olunur./Globalinfo/