Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xocavənddə buldozer MİNAYA DÜŞDÜ

Cəmiyyət

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.

Cagdas.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, avqustun 7-si Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.(modern.az)