Xocavənd rayonunda xəsarətlə nəticələnən mina hadisəsi baş verib.
Cagdas.az xəbər veririki bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, hadisə avqustun 2-də Xocavənd rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Əhəd Əhədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına təxliyə edilib. ANAMA-nın məlumatına əsasən, onun vəziyyəti qənaətbəxşdir, həyatı üçün təhlükə yoxdur.
















