“Economist Intelligence Unit” (EIU) tərəfindən hazırlanan “Global Liveability Index 2026” hesabatına əsasən, dünyanın yaşamaq üçün ən əlverişli şəhəri yenidən Danimarkanın paytaxtı Kopenhagen seçilib. Reytinqdə dünyanın 173 şəhəri təhlükəsizlik, səhiyyə, təhsil, infrastruktur, mədəniyyət və ətraf mühit kimi meyarlar üzrə qiymətləndirilib.
Cagdas.az xəbər verir ki, EIU-nun hesabatına görə, Kopenhagen sabitlik, təhsil və infrastruktur kateqoriyalarında maksimum – 100 bal toplayaraq ardıcıl olaraq lider mövqeyini qoruyub.
Reytinqdə ikinci yeri Avstriyanın paytaxtı Vyana, üçüncü yeri isə Avstraliyanın Melburn şəhəri tutub. İlk onluqda həmçinin Sürix, Sidney, Osaka, Oklend və Cenevrə kimi şəhərlər də yer alıb.
İndeks hazırlanarkən şəhərlər beş əsas istiqamət üzrə qiymətləndirilib:
* sabitlik;
* səhiyyə;
* mədəniyyət və ətraf mühit;
* təhsil;
* infrastruktur.
Bu meyarlar çərçivəsində ümumilikdə 30 müxtəlif göstərici nəzərə alınıb və şəhərlərin gündəlik həyat üçün nə dərəcədə əlverişli olduğu müəyyən edilib.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə qlobal yaşayış səviyyəsi ümumilikdə sabit qalsa da, regionlar arasında fərqlər artıb. Yaxın Şərqdə münaqişələr səbəbindən sabitlik göstəriciləri zəifləyib, Asiyada isə səhiyyə sisteminə yatırımlar nəticəsində bir çox şəhərin reytinqi yüksəlib. Şimali Amerikada isə bəzi şəhərlər təhlükəsizlik sahəsində irəliləyiş əldə edib.(sfera.az)
















