• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq – Bakı metrosundan AÇIQLAMA

11 Avqust, 26 / 14:02
A A

2030-cu ilədək Bakı metropoliteni üçün 300-dək yeni vaqonun alınması planlaşdırılır. Yeni vaqonların paytaxta gətirilməsinə 2028-ci ildən başlanılması nəzərdə tutulub.

Bu barədə Cagdas.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metroda vaqon parkının yenilənməsi davam etdiriləcək.

“Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək 300-dək yeni vaqonun alınması planlaşdırılıb. Bununla əlaqədar ötən dövrdə dünyanın müxtəlif aparıcı istehsalçıları ilə texniki məsələlər üzrə geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb, yeni vaqonların alınması üçün texniki şərtlər toplusu hazırlanıb.

Qanunvericiliyin tələblərinə əsasən, 2026-cı ilin sonundan istehsalçının müəyyən edilməsi prosedurlarına başlanılacaq. Yeni vaqonların istehsal edilərək Bakı metropoliteninə gətirilməsi isə 2028-ci ildən nəzərdə tutulur”.

Qurumdan verilən məlumata görə, vaqonların alınması yeni stansiyaların istifadəyə verilməsi ilə yaranacaq əlavə tələbata, eləcə də istismar müddətini başa vuran vaqonların yenilənməsi zərurətinə uyğun həyata keçiriləcək.

“Yeni qatarların hansı xətlərdə istismar olunacağına gəlincə, qurumdan bildirilib ki, Dövlət Proqramı çərçivəsində Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə isə 6 yeni stansiyanın inşası nəzərdə tutulduğundan alınacaq vaqonların bütün zəruri istiqamətlərdə istifadəsi nəzərdən keçirilir.

Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin icrası müddətində Yaşıl xətt üzrə yeni nəsil, Qırmızı xətt üzrə isə həm yeni, həm də üçüncü nəsil vaqonların istismarı nəzərdə tutulub”.

“Bakı Metropoliteni”ndən verilən məlumatda o da vurğulanıb ki, xətlərin ayrılması layihəsi çərçivəsində yeni nəsil qatarların Qırmızı xətt – “İçərişəhər-Həzi Aslanov” istiqaməti üzrə istismarı nəzərdə tutulur.

“Layihə çərçivəsində qatarların hərəkətini təmin edən dartı tipli elektrik yarımstansiyalarının inşası və yenidən qurulması nəticəsində Qırmızı xətt üzrə yeni nəsil qatarların istismarının daha da genişləndirilməsi mümkün olacaq”.

Qeyd edək ki, avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi nəzərdə tutulub. Bundan əlavə, bu müddət ərzində qatarlar “Nizami-28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Avqust 12, 2026
Cəmiyyət

Sosial müavinət alanların nəzərinə

Avqust 12, 2026
Cəmiyyət

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

Avqust 12, 2026
Cəmiyyət

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Avqust 12, 2026
Cəmiyyət

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

Avqust 12, 2026
Cəmiyyət

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Avqust 12, 2026

XƏBƏR LENTİ

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

12 Avqust, 26 / 16:56

Sosial müavinət alanların nəzərinə

12 Avqust, 26 / 16:41

Təbrizdə benzin qıtlığı yaranıb – VİDEO

12 Avqust, 26 / 16:27

Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

12 Avqust, 26 / 16:13

Böyük Qayıdışla bağlı iddialara rəsmi cavab – Komitə açıqlama yaydı

12 Avqust, 26 / 15:59

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust, 26 / 15:46

İlham Əliyev: Naxçıvanın gələcəyi Azərbaycana iqtisadi dividendlər gətirəcək

12 Avqust, 26 / 15:33

Həmin şəhərlərdə 162 bina əsaslı təmir olunacaq – QƏRAR

12 Avqust, 26 / 15:19

NDU tələbələrinə şad xəbər – 1000 yerlik yataqxana tikiləcək

12 Avqust, 26 / 15:05

Naxçıvanın nəqliyyatı yenilənir – 53 milyon manat ayrıldı

12 Avqust, 26 / 14:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.