• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.9° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeni qaydalar qüvvədə: Kartdan-karta köçürmələr artıq limitlidir

02 Avqust, 26 / 12:14
A A

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib.

Cagdas.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib.

Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib.

Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.

Amma ictimaiyyəti maraqlandıran əsas limitlər kartdan karta köçürmələrlə bağlıdır.

Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir.

Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.

Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib.

Bank müştərisinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb.

Xatırladaq ki, kartla əməliyyat üzrə hazırlanmış şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzvlərinə təqdim edilib.

Digər tərəfdən, yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadə oluna bilər.

Kartdan karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Hökumətin və Mərkəzi Bankın mövqeyi bundan ibarətdir ki, bu limitlər ilk növbədə şəffaflığın artırılması və fırıldaq hallarının azaldılması məqsədi daşıyır. Digər tərəfdən, yeni qaydalar vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.

Qeyd edək ki, bu qərarla bağlı təkcə Azər Türk Bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərə bu barədə heç bir xəbərdarlıq etməyib.

Bənzər Xəbərlər

Cəmiyyət

ŞOK! Tarix AÇIQLANDI: İki böyük qitə TOQQUŞACAQ – Orada yaşayanlar isə…

Avqust 2, 2026
Cəmiyyət

İraq nefti Ceyhana axacaq – Bağdadla Ankara arasında mühüm razılaşma

Avqust 2, 2026
Cəmiyyət

Qardaş ölkədə yetişir, amma dadını amerikalılar bilir

Avqust 2, 2026
Cəmiyyət

Bölgələrə yağış yağacaq – Sabahın HAVASI

Avqust 2, 2026
Cəmiyyət

Bu gün 34 dərəcə isti olacaq – PROQNOZ

Avqust 2, 2026
Cəmiyyət

Prezident və xanımı Həsənzadə ilə vida mərasiminə əklil göndərdi

Avqust 2, 2026

XƏBƏR LENTİ

ŞOK! Tarix AÇIQLANDI: İki böyük qitə TOQQUŞACAQ – Orada yaşayanlar isə…

02 Avqust, 26 / 13:48

İraq nefti Ceyhana axacaq – Bağdadla Ankara arasında mühüm razılaşma

02 Avqust, 26 / 13:27

Qardaş ölkədə yetişir, amma dadını amerikalılar bilir

02 Avqust, 26 / 13:06

Bölgələrə yağış yağacaq – Sabahın HAVASI

02 Avqust, 26 / 12:45

Bu gün 34 dərəcə isti olacaq – PROQNOZ

02 Avqust, 26 / 12:24

Yeni qaydalar qüvvədə: Kartdan-karta köçürmələr artıq limitlidir

02 Avqust, 26 / 12:14

Avropada dəhşətli istilər: Bu AES dayandırıldı

02 Avqust, 26 / 11:54

Ermənistan hökuməti istefa verdi

02 Avqust, 26 / 11:30

Prezident və xanımı Həsənzadə ilə vida mərasiminə əklil göndərdi

02 Avqust, 26 / 11:11

SON DƏQİQƏ! Bu ölkənin prezidenti qəzaya düşdü – FOTO

02 Avqust, 26 / 10:51
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.