• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yüz minlərlə manat kartdan-karta köçürülürsə… – AÇIQLAMA

18 Avqust, 26 / 12:09
A A

Bank kartlarına tətbiq olunan yeni limitlər və onların vətəndaşların gündəlik xərclərinə təsiri müzakirə mövzusuna çevrilib. Yeni qaydaların əsasən kartlar vasitəsilə həyata keçirilən əməliyyatların həcminə və müəyyən maliyyə əməliyyatlarına nəzarəti gücləndirməyə yönəldiyi bildirilir. Bununla yanaşı, limitlərin tətbiqinin kart sahiblərinin gündəlik alış-veriş və digər ödənişlərinə necə təsir edəcəyi sual doğurur.

Mütəxəssislər bildirirlər ki, limitin tətbiqi kartla edilən xərclərin sistemdə görünməməsi anlamına gəlmir. Kart əməliyyatları bank sistemində qeydə alınmaqda davam edir, dəyişən əsas məqam isə müəyyən əməliyyatlar üzrə icazə verilən məbləğ ola bilər. Bu səbəbdən vətəndaşların konkret kartlarına hansı limitlərin tətbiq edildiyini və bunun alış-veriş, köçürmə və nağdlaşdırma imkanlarına necə təsir etdiyini banklarından dəqiqləşdirməsi tövsiyə olunur.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Cagdas.az-açıqlama verib:

“Xeyr, hər hansı bir dəyişiklik olmayacaq. Bank kartları ilə ödənişlərə heç bir limit qoyulmayıb. Vətəndaş öz kartından əvvəlki qaydada istədiyi həcmdə və məbləğdə, istənilən sayda ödəniş edə bilər.
Burada limit yalnız mədaxil əməliyyatlarına və kifayət qədər böyük məbləğlərə tətbiq olunur. Bu, vergidən yayınmaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə kartlardan istifadə hallarının qarşısının alınması baxımından normal və müsbət addımdır. Amma vətəndaş üçün hər hansı məhdudiyyət və ya problem yoxdur və olmayacaq. Kimsə populist vədlər verib desə ki, vətəndaşlar kartlardan istifadə etməyəcək, nağd ödənişlərə qayıdacaq, bu, tamamilə əsassız və reallıqdan uzaq iddiadır. Təəssüf ki, cəmiyyətdə hər mövzuya populist yanaşan, reallığı nəzərə almadan fikir bildirməyə çalışan insanlar var. Sonradan dediklərinin heç biri reallığa çevrilməsə də, utanmadan həmin fikirləri yenidən gündəmə gətirməyə davam edirlər”.

O qeyd edib ki, vətəndaş kartından ödənişi necə edirdisə, bundan sonra da eyni qaydada edəcək. Sadəcə, burada bir məqamı düzgün başa düşmək lazımdır: kartdan-karta köçürmə mahiyyət etibarilə nağdsız ödəniş hesab olunmur.

“Bu üsul şəxsi ödəniş və pul göndərişləri üçün istifadə oluna bilər. Bir vətəndaşın gündə bir neçə dəfə, ay ərzində müəyyən məbləğdə kartdan-karta pul göndərməsi ilə yüz minlərlə manatlıq vəsaitin bu üsulla dövriyyədən keçirilməsi eyni məsələ deyil. Azərbaycanda orta aylıq gəlir səviyyəsi və vətəndaşların sosial vəziyyəti bəllidir. Əgər kimsə öz biznesini bu istiqamətdə qurur və yüz minlərlə manatlıq dövriyyəni kartdan-karta köçürmələrlə həyata keçirirsə, o zaman bankda cari hesab açıb fəaliyyətini qanuni və şəffaf şəkildə həyata keçirməlidir” – iqtisadçı deyib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

XƏBƏRDARLIQ: yağış yağacaq, şimşək çaxacaq

Avqust 18, 2026
Cəmiyyət

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? — Açıqlama

Avqust 18, 2026
Cəmiyyət

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər — Qadağa qoyula bilər

Avqust 18, 2026
Cəmiyyət

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – DSX rəisinin müavinindən açıqlama

Avqust 18, 2026
Cəmiyyət

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Avqust 18, 2026
Cəmiyyət

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Avqust 18, 2026

XƏBƏR LENTİ

Moskvaya PUA hücum cəhdi son iki ilin ən irimiqyaslısı olub

18 Avqust, 26 / 12:52

XƏBƏRDARLIQ: yağış yağacaq, şimşək çaxacaq

18 Avqust, 26 / 12:37

Moskvaya 800 dronla hücum etdilər – dağıntılar var

18 Avqust, 26 / 12:23

Yüz minlərlə manat kartdan-karta köçürülürsə… – AÇIQLAMA

18 Avqust, 26 / 12:09

Türkiyədən S-400-lərlə bağlı kritik qərar – məhv edilə bilər

18 Avqust, 26 / 11:55

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? — Açıqlama

18 Avqust, 26 / 11:41

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər — Qadağa qoyula bilər

18 Avqust, 26 / 11:28

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – DSX rəisinin müavinindən açıqlama

18 Avqust, 26 / 11:14

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

18 Avqust, 26 / 11:00

Bu valyutalar ucuzlaşdı

18 Avqust, 26 / 10:47
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.