Son dəqiqə
Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək
Reklam
Reklam

Zəruri olmayan xərclər üçün borc götürməyin – Mərkəzi Bank

Cəmiyyət

“Azərbaycanda bank kreditlərinə qoyulan məhdudiyyətlərin qeyri-rəsmi borclanmanın artmasına səbəb olduğunu təsdiqləyən rəsmi statistik məlumat mövcud deyil”​.

Cagdas.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın kreditləşmə sahəsində tətbiq etdiyi qaydalar əhalinin həddindən artıq borc yükü altına düşməsinin qarşısını almağa yönəlib: “İstehlak kreditləri üzrə borcalanların ödəmə imkanlarına dair tələblər, kredit kartlarından istifadəyə qoyulan məhdudiyyətlər və onlayn kreditlərin rəsmiləşdirilməsi zamanı nəzərdə tutulan gözləmə müddəti məhz bu məqsədə xidmət edir.

Bank kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi bəzi şəxsləri alternativ maliyyə mənbələrinə üz tutmağa sövq edə bilər. Bununla belə, bu halın qeyri-rəsmi borclanmanın artmasına birbaşa səbəb olduğunu təsdiqləmək üçün əsas yoxdur. Banklardan kredit ala bilməyən vətəndaşlar maliyyə ehtiyaclarını qarşılamaq üçün əvvəlcə bank olmayan kredit təşkilatlarına, daha sonra isə lombardlara müraciət edə bilərlər”, – deyə baş direktor əlavə edib.

Ş. Mahmudzadə vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq məqsədilə borc götürməkdən uzaq durmağı tövsiyə edib.