• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Zədələnmiş pulu harada dəyişmək olar?

31 Avqust, 26 / 9:28
A A

Zədələnmiş pulu harada dəyişmək olar? Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur.

Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?

Cagdas.az  xəbər verir ki, qanunvericiliyə görə, aşağıdakı əlamətlərdən hər hansı biri olan kağız milli pul nişanı tədavülə yararsız hesab olunur:

– Üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;

– Vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;

– Yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.

Milli valyutada olan əsginaslar dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.

“Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”ına görə, milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Saxta olmayan, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrəsindən ən azı birini tam saxlamış kağız pul nişanlarının nominal dəyəri ödənilir.

Həmçinin eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri də təmin olunur.

Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60 faizini saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək mümkün olmadıqda təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir.

Mərkəzi Bank və operator banklar tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.

Bununla belə, qanunvericilikdə bankların pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli həyata keçirmələri də istisna edilməyib.

Xarici valyutada olan pul nişanları isə Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Proses bankların daxili qaydalarına uyğun olaraq, o cümlədən ödənişli həyata keçirilə bilər. Hazırda bir sıra yerli banklar zədələnmiş ABŞ dollarının, avronun, İngiltərə funt sterlinqinin, hətta İsveçrə frankının ödənişli olaraq dəyişdirilməsi, qəbulu və ya əvəzinin ödənilməsi xidməti təklif edir.

Həmçinin xarici valyutada pul nişanının ekspertizasının banklar tərəfindən daxili qaydalara uyğun olaraq həyata keçirilməsi mümkündür. Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya onu buraxan banka ekspertizaya təqdim edə bilər./qafqazinfo

Bənzər Xəbərlər

Cəmiyyət

Bu müəllimlərin maaşı artırılacaq

Avqust 31, 2026
Cəmiyyət

İlham Əliyev yenidən Türküstanda – Bakı böyük güclərin masasında

Avqust 31, 2026
Cəmiyyət

Prezident Qırğızıstana gedəcək – GÖRÜNTÜ

Avqust 31, 2026
Cəmiyyət

Bu gün Bakının bu ərazilərində QAZ OLMAYACAQ

Avqust 31, 2026
Cəmiyyət

Avtomobillərin qiyməti artacaq?

Avqust 31, 2026
Cəmiyyət

Bakıda bu yollarda tıxac yarandı

Avqust 31, 2026

XƏBƏR LENTİ

Bu bürclər varlanacaq

31 Avqust, 26 / 11:58

Qazaxıstanda Baş nazir postu ona həvalə edildi

31 Avqust, 26 / 11:51

Bu müəllimlərin maaşı artırılacaq

31 Avqust, 26 / 11:44

Rusiya və Qırğızıstan əməkdaşlığı yeni mərhələdə – Putindən mesaj

31 Avqust, 26 / 11:37

İlham Əliyev yenidən Türküstanda – Bakı böyük güclərin masasında

31 Avqust, 26 / 11:30

Bu günün valyuta məzənnələri

31 Avqust, 26 / 11:17

Nepalda daşqının dəhşətli statistikası

31 Avqust, 26 / 11:04

Prezident Qırğızıstana gedəcək – GÖRÜNTÜ

31 Avqust, 26 / 10:50

Bu gün “Sabah”nan “Qarabağ”ın oyunu var

31 Avqust, 26 / 10:37

İran-ABŞ gərginliyi neftin qiymətini yenidən artırdı

31 Avqust, 26 / 10:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.