Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Zəngəzur dəhlizi BU TARİXDƏ açılacaq – Detallar

Cəmiyyət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində tikinti işlərinə gələn ilin yazında başlanıla bilər. Onun sözlərinə görə, elektrik enerjisi tranzitinin dəmir yolu layihəsinin həyata keçirilməsindən əvvəl başlanması mümkündür.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb.

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüş ilə bağlı mətbuat üçün bəyanatda qeyd olunub ki, liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Daha öncə Azərbaycan rəsmilərinin açıqlamalarında layihənin fiziki işlərinə 2026-cı ilin sonuna doğru başlanacağı barədə gözlənti ifadə olunurdu. Lakin Mirzoyanın son açıqlaması prosesin daha da uzanacağından xəbər verir.

Mətin Məmmədli yeni vəzifəsindən DANIŞDI: Gözləmirdim, ani oldu

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli prosesin gecikməsinin arxasında ciddi siyasi səbəblərin olmadığı qənaətindədir.

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Musavat.com-a şərhində o, qeyd edib ki, bu daha çox hüquqi və texniki mexanizmlərlə bağlıdır: “Məlum olduğu kimi, TRIPP layihəsini həyata keçirmək üçün TRIPP Development Company (TDC) yaradılıb. Həmin şirkətin nizamnaməsi və səhmdarlarla saziş məsələsi hələ açıq olaraq qalır. Bununla bağlı ABŞ və Ermənistan hökumətləri arasında danışıqlar gedir. Hesab edirəm ki, Paşinyan hökuməti indiki mərhələdə prosesin yubanmasında maraqlı deyil. Əsas qərar Vaşinqton sammitində verilib. Qalan məsələlərin zamanla həll oluncağını düşünürəm”.\Referans Media \