Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Zəngəzur dəhlizi ilə Azərbaycan–Türkiyə elektrik xətti çəkiləcək

Cəmiyyət

Zəngəzur dəhlizi boyunca Azərbaycanla Türkiyə arasında elektrik ötürücü xəttin çəkilməsi planlaşdırılır. Layihə Xəzər və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Avropa bazarına çatdırılmasına imkan verəcək.

Cagdas.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan–Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, elektrik ötürücü xətt vasitəsilə Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı nəzərdə tutulur.

Pərviz Şahbazov qeyd edib ki, layihənin reallaşdırılması Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığını daha da genişləndirməklə yanaşı, regionun Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirəcək.

Yeni enerji xətti Azərbaycanın bərpaolunan enerji ixracatçısına çevrilməsi və Şərqlə Qərb arasında enerji körpüsü rolunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.\modern.az\