• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

05 Avqust, 26 / 15:38
A A

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi açıqlama Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə yeni impuls verib. Nazir bildirib ki, ABŞ və Ermənistan arasında razılaşdırılan TRIPP (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində dəhlizin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsində fiziki tikinti işlərinə bu ilin sonunadək başlanılması gözlənilir. Açıqlama fonunda layihənin təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi və geoiqtisadi mənzərəsinə mümkün təsirləri yenidən müzakirə mövzusuna çevrilib. 

Cagdas.az bildirir ki Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan hər bir addımı xalqımız səbirsizliklə gözləyir və müsbət qarşılayır.

“ATƏT-n fəaliyyətdə olan sədri ilə görüşdə, xarici işlər nazirinin bu ilin sonuna qədər Ermənistandan keçən 42 km-lik hissəsində tikinti işlərinə başlanacağı barədə  bəyanatı ümidvericidir. Layihənin Azərbaycan hissəsində işlər başa çatmaq üzrədir. Əfsuslar olsun ki, Ermənistanla bağlı qəti fikirlər səsləndirmək çətindir. Ermənistanın daxilində və xaricində dəhlizin əleyhinə çıxan ciddi qüvvələr var və bunların başında İranın molla rejimi durur. Bu baxımdan, düşünürəm ki, dəhlizin açılması, Vaşinqtonun qətiyyətli mövqeyindən və İranla ABŞ arasında gedən müharibənin nəticələrindən asılıdır”.

Deputat həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, region dövlətlərinin iqtisadi inkişafına güclü təkan verməklə, ölkələr arasında inteqrasiya, kommunikasiya proseslərinin sürətlənməsinə səbəb olacaq:

“Nəticə etibarilə, regionun nəqliyyat və geosiyasi balansının dayanıqlı sülhün əldə olunması istiqamətində dəyişəcəkdir. Ən əsası isə Türkiyənin Azərbaycan vasitəsilə Mərkəzi Asiya Türk dövlətləri ilə birbaşa əlaqəsi yaranacaq və tarixi ədalət bərpa olunacaqdır”.

Milli Məclisin üzvü onu da əlavə edib ki, dəhlizin istismara verilməsi, bilavasitə onun üzərində yerləşən bütün ölkələrə strateji üstünlük qazandıracaq:

“İlk növbədə, Azərbaycan üçün. Burada bir neçə amili nəzərə almaq lazımdır. Müvafiq infrastrukturun olması, məsafə, alternativ marşrutların mövcudluğu və s. Dəhlizin Ermənistandan keçən hissəsinin uzunluğu cəmi 42 km-dir. Bu marşrut olmasa belə, Azərbaycan alternativ, Gürcüstan və İran ərazisindən keçən marşrutlardan istifadə edir. Azərbaycanın yerləşdiyi münbit coğrafi şərait, Prezident İlham Əliyevin uzaqgörənliklə yaratdığı nəqliyat-kommunikasiya infrastrukturu, logistika siyasəti, hər zaman ölkəmizin strateji üstünlük qazanmasını şərtləndirəcəkdir”, – deyə N.Məhəməliyev fikrini tamamlayıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

Avqust 5, 2026
Cəmiyyət

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

Avqust 5, 2026
Cəmiyyət

TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

Avqust 5, 2026
Cəmiyyət

Sosial şəbəkələrdə yaş məhdudiyyətini pozanlar cərimələnəcək – Prezident təsdiqlədi

Avqust 5, 2026
Cəmiyyət

Xocavəndə növbəti köç karvanı yola salındı

Avqust 5, 2026

XƏBƏR LENTİ

Metroda 10 aylıq dəyişiklik: Hərəkət necə təşkil olunacaq?

05 Avqust, 26 / 16:20

Bakının kirayə bazarında yeni dalğa – Ev axtaranlara xəbərdarlıq

05 Avqust, 26 / 16:06

Ermənistan ABŞ-la Zəngəzur dəhlizini müzakirə etdi

05 Avqust, 26 / 15:53

Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ

05 Avqust, 26 / 15:38

Bakı avtobuslarında qəribə vəziyyət – Bu qayda dəyişə bilər

05 Avqust, 26 / 15:25

TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

05 Avqust, 26 / 15:10

Sosial şəbəkələrdə yaş məhdudiyyətini pozanlar cərimələnəcək – Prezident təsdiqlədi

05 Avqust, 26 / 14:56

Bu dörd bürcü xoş xəbərlər gözləyir

05 Avqust, 26 / 14:42

Xocavəndə növbəti köç karvanı yola salındı

05 Avqust, 26 / 14:28

Bakı metrosunda iki rəis təyinatı oldu

05 Avqust, 26 / 14:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.