• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.7° Weather Columbus
$
1.7
€
1.9564
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Zəngilandan DÜNYAYA MESAJ: Diaspor gəncləri Qarabağda – FOTO

02 Avqust, 26 / 22:01
A A

Zəngilan rayonunda “Dirçələn şəhərlər” mövzusunda Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

Cagdas.azxəbər verir ki, Zəngilan Konqres Mərkəzində təşkil olunan açılış mərasimində dövlət qurumlarının nümayəndələri, qonaqlar və dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclər iştirak edirlər.

Düşərgəyə xaricdə təhsil alan və müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclər qatılıblar. İştirakçılar Laçın şəhərində yerləşən “Lachin Resort & Spa” hotelində məskunlaşıblar.

Mərasimdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılış nitqi ilə çıxış edib. Qonaqları salamlayan komitə sədri bildirib ki, xaricdə yaşayan soydaşlarımızın bu torpaqlara gəlməsi xüsusi əhəmiyyət daşıyır.

F. Muradov düşərgənin təşkilində məqsəddən də söhbət açıb: “Bu düşərgənin əsas məqsədi gənclərimizin Qarabağı yaxından tanıması, Azərbaycan həqiqətlərini öyrənməsi və yaşadıqları ölkələrdə düzgün şəkildə təbliğ etməsidir. Siz müxtəlif ölkələrdə yaşasanız da, Azərbaycan sizin Vətəninizdir və bu torpaqlarla bağınızı heç vaxt itirməməlisiniz.

Azərbaycan xalqı uzun illər işğal altında qalmış torpaqlarını birlik, həmrəylik və qətiyyət sayəsində azad etdi. Bu gün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin gücünü və gələcəyə inamını nümayiş etdirir.
Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu dayanır. Bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və inkişafının əsas təminatlarından biridir”.

Komitə sədri çıxışında diaspor fəaliyyətindən də danışıb: “Diaspor fəaliyyətində əsas məqsəd Azərbaycan kimliyini, dilini və mədəniyyətini qorumaqdır. Harada yaşamağınızdan asılı olmayaraq, ilk növbədə “Mən azərbaycanlıyam” deməyi qürur bilməlisiniz. Kimliyimiz bizi dünyaya tanıdır.
Bu gün informasiya müharibəsi dövrüdür. Azərbaycana qarşı müxtəlif dezinformasiyalar və qarayaxma kampaniyaları aparılır. Sizdən gözləntimiz odur ki, bilik və bacarığınızla ölkəmizin haqq səsini yaşadığınız cəmiyyətlərdə çatdırasınız.
Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarına daim dəstək göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları müxtəlif layihələr, forumlar və yay düşərgələri vasitəsilə gənclərin birliyini və əlaqələrini gücləndirir. Ən böyük istəyimiz sizin sağlam, savadlı, milli dəyərlərə bağlı və vətənpərvər gənclər kimi yetişməyinizdir. Azərbaycanın gələcəyi sizin bilik və fəaliyyətinizdən asılıdır”.

Çıxışının yekununda F. Muradov bu düşərgənin təşkilində əməyi olan bütün dövlət qurumlarına və əməkdaşlara təşəkkür edərək, uğurlar arzulayıb.

Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək düşərgə çərçivəsində gənclər üçün zəngin proqram hazırlanıb. Proqramda müxtəlif dövlət qurumlarının nümayəndələrinin çıxışları, panel müzakirələri, görüşlər, təqdimatlar, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuq prosesi ilə bağlı məlumatlandırıcı tədbirlər təşkil ediləcək. Bununla yanaşı, iştirakçılar bölgənin tarixi və görməli məkanlarına səfərlər edəcək, mədəni və intellektual tədbirlərə qatılacaqlar.(modern.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda ərzaq təhlükəsizliyinin mühüm elementi olan məhsulun istehsalında REKORD ARTIM

Avqust 2, 2026
Cəmiyyət

Kreditlə bağlı yeni mexanizm hazırlanır

Avqust 2, 2026
Cəmiyyət

Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü belə təbrik etdi – FOTO

Avqust 2, 2026
Cəmiyyət

İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı ARTDI

Avqust 2, 2026
Cəmiyyət

Bakı və Mərkəzi Asiya paytaxtları bu risklərə qarşı HƏRƏKƏTƏ KEÇİR

Avqust 2, 2026
Cəmiyyət

Milyonlarla insana ÜMİD İŞIĞI – Süni intellekt qandan xərçəngi belə tapacaq

Avqust 2, 2026

XƏBƏR LENTİ

Azərbaycanda ərzaq təhlükəsizliyinin mühüm elementi olan məhsulun istehsalında REKORD ARTIM

02 Avqust, 26 / 23:24

“Qarabağ”ın matçına biletlər bu qiymətə satışa çıxarıldı

02 Avqust, 26 / 23:12

Kreditlə bağlı yeni mexanizm hazırlanır

02 Avqust, 26 / 22:56

Güləşçilərimizdən dünya çempionatında 7 medal

02 Avqust, 26 / 22:43

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

02 Avqust, 26 / 22:23

Zəngilandan DÜNYAYA MESAJ: Diaspor gəncləri Qarabağda – FOTO

02 Avqust, 26 / 22:01

Leyla Əliyeva qardaşı Heydər Əliyevin doğum gününü belə təbrik etdi – FOTO

02 Avqust, 26 / 21:40

Venesuela 51-ci ştat elan edildi

02 Avqust, 26 / 21:17

İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı ARTDI

02 Avqust, 26 / 20:57

Bakı və Mərkəzi Asiya paytaxtları bu risklərə qarşı HƏRƏKƏTƏ KEÇİR

02 Avqust, 26 / 20:38
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.