• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16 Sentyabr, 26 / 17:20
A A

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

Cagdas.az bildirir ki Bakı Şəhər Halqasından Modern.az-a verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.

2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

“2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.

Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, – deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır: “Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.

Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm — gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.

Bənzər Xəbərlər

Cəmiyyət

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

Sentyabr 16, 2026
Cəmiyyət

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

Sentyabr 16, 2026
Cəmiyyət

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

Sentyabr 16, 2026
Cəmiyyət

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Sentyabr 16, 2026
Cəmiyyət

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

Sentyabr 16, 2026
Cəmiyyət

Səudiyyə neftinin yolu bağlandı – Avropa Azərbaycana möhtacdır

Sentyabr 16, 2026

XƏBƏR LENTİ

Rus bölməsinin məzunları üçün buraxılış imtahanı dəyişə bilər

16 Sentyabr, 26 / 18:14

Azərbaycanda internet bahalaşır – Yeni tariflər

16 Sentyabr, 26 / 18:00

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

16 Sentyabr, 26 / 17:48

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

16 Sentyabr, 26 / 17:34

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16 Sentyabr, 26 / 17:20

Gələn ilin büdcə layihələri hökumətə təqdim olundu

16 Sentyabr, 26 / 17:07

Səudiyyə neftinin yolu bağlandı – Avropa Azərbaycana möhtacdır

16 Sentyabr, 26 / 16:53

Baş nazir qərar imzaladı

16 Sentyabr, 26 / 16:38

Bu məktəblər Mədəniyyət Nazirliyinin tabeliyinə verildi – QƏRAR

16 Sentyabr, 26 / 16:37

Keyfiyyətsiz ucuz qidalar bazardan çıxarılır, qiymətlər arta bilər – AÇIQLAMA

16 Sentyabr, 26 / 16:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.