Son dəqiqə
İşğaldan azad olunmuş ərazilərdə yeni turistik məkanlar yaradılır – DTA sədri Murad Adıgözəlzadə baba oldu – FOTO Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO Azərbaycan meyvə-tərəvəz idxalını artırıb Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər? Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə neçə mənzil verilib? İnterin Hakan Çalhanoğlu planı: Yeni müqavilənin detalları ortaya çıxdı Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı – FOTO Cənubi Afrikada qadın qətlləri: Ölü tapılan qadınların sayı 11-ə çatdı

Saxta dərman işində axtarılan şəxs Azərbaycandan qayıdanda tutuldu

Cəmiyyət

Saxta dərmanların hazırlanması və satışı ilə bağlı iş üzrə axtarılan Hindistan vətəndaşı Praşant Racan Babu Azərbaycandan ölkəsinə qayıtdıqdan sonra saxlanılıb.

Cagdas.az  Hindistan mediasına istinadən xəbər verir ki, 35 yaşlı şəxs sentyabrın 28-də səhər saatlarında Benqalurudakı Kempegovda beynəlxalq hava limanında polis tərəfindən tutulub. Hindistanın xüsusi istintaq qrupu onu ştatlararası saxta dərman şəbəkəsinin əsas fiqurlarından biri hesab edir.

İstintaq zamanı şübhəlinin Azərbaycanda olduğu müəyyənləşdirilmişdi. Hindistan mətbuatının əvvəlki məlumatına görə, onun pasportu burada miqrasiya orqanları tərəfindən götürülmüşdü.

İş Hindistanda aparılan reyd zamanı böyük həcmdə saxta və istifadə müddəti bitmiş dərmanların aşkarlanmasından sonra başlanıb. İstintaq şəbəkənin müxtəlif yerlərdən əldə etdiyi preparatları yenidən qablaşdıraraq tanınmış istehsalçıların məhsulları kimi satışa çıxardığından şübhələnir.\modern.az\