• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9729
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

250 mindən çox ailəyə sosial müavinət verilə bilər – Yeni təklif

12 Sentyabr, 26 / 17:35
A A

“Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi nəzərdə tutulur”.

Cagdas.az baku.ws-ə istinadən məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, hazırda “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan ailələr üçün müəyyən güzəştlər tətbiq edilir:

“Belə ailələrdə anaların, bəzi hallarda isə ataların pensiya yaşı beş il azaldılır. Yəni həmin şəxslər ümumi qaydada müəyyən edilmiş 65 yaş deyil, 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edə bilirlər. Eyni zamanda, sosial müavinətlər haqqında qanunvericiliyə əsasən, beşdən çox uşağı olan ailələrə dövlət büdcəsi hesabına sosial müavinət ödənilir.

Bizim təklifimiz çoxuşaqlı ailə anlayışının mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutur. Belə ki, sosial müavinətlərin təyin edilməsi üçün mövcud meyarın altı uşaqdan üç uşağa, pensiya yaşına tətbiq olunan güzəştlər üzrə isə beş uşaqdan üç uşağa endirilməsi təklif olunur.

Hazırda təxminən 14 min ailə çoxuşaqlı ailə kimi dövlət büdcəsindən sosial müavinət alır. Bu ailələrdə uşaqların sayından asılı olaraq hər bir uşağa görə aylıq 140 manat müavinət ödənilir”.
Vüqar Bayramov əlavə edib ki, təklif olunan yanaşmaya əsasən, proses mərhələli şəkildə həyata keçirilə bilər:

“İlk mərhələdə beş uşağı olan ailələrə, daha sonra isə dörd və üç uşağı olan ailələrə də dövlət büdcəsindən sosial müavinətin verilməsi nəzərdə tutula bilər.
Hesablamalara görə, üç və daha çox uşağı olan ailələrin də bu sistemə daxil edilməsi 250 mindən artıq ailənin dövlət büdcəsindən aylıq sosial müavinət almaq imkanını yarada bilər. Bu isə həmin ailələrdə uşaqların sayına uyğun olaraq hər bir uşağa görə aylıq sosial dəstəyin göstərilməsi deməkdir.

Eyni zamanda, bu yanaşma çoxuşaqlı ailələr üçün pensiya yaşında tətbiq edilən güzəştlərin də genişləndirilməsinə imkan verə bilər. Məsələn, üç uşağı olan şəxslərin pensiya yaşının üç il, dörd uşağı olanların dörd il, beş və daha çox uşağı olanların isə beş il azaldılması məsələsinə baxıla bilər.

Təklif artıq təqdim olunub və aidiyyəti dövlət qurumları tərəfindən maliyyə imkanları və mümkün fiskal yük qiymətləndirildikdən sonra bu istiqamətdə müzakirələrin davam etdirilməsi mümkündür”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının real əhalisi nə qədərdir?

Sentyabr 12, 2026
Cəmiyyət

İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri – SİYAHI

Sentyabr 12, 2026
Cəmiyyət

Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır

Sentyabr 12, 2026
Cəmiyyət

Sabah leysan yağacaq, dolu düşəcək

Sentyabr 12, 2026
Cəmiyyət

Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı – Video

Sentyabr 12, 2026
Cəmiyyət

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

Sentyabr 12, 2026

XƏBƏR LENTİ

250 mindən çox ailəyə sosial müavinət verilə bilər – Yeni təklif

12 Sentyabr, 26 / 17:35

Bakının real əhalisi nə qədərdir?

12 Sentyabr, 26 / 17:14

İşçilərin əməkhaqqından tutulan vergilər və məbləğləri – SİYAHI

12 Sentyabr, 26 / 16:54

Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır

12 Sentyabr, 26 / 16:34

Sabah leysan yağacaq, dolu düşəcək

12 Sentyabr, 26 / 16:17

Pezeşkiandan 10 milyard dollarlıq təklif

12 Sentyabr, 26 / 15:55

Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı – Video

12 Sentyabr, 26 / 15:36

Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?

12 Sentyabr, 26 / 15:17

Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI – Pulu 20 litr, çənə 17 litr?

12 Sentyabr, 26 / 14:56

Qırx min azalma, boş qalan siniflər, ixtisara gedən müəllimlər – ARAŞDIRMA

12 Sentyabr, 26 / 14:37
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.