Son dəqiqə
Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan məcbur edib – Prezident Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb
Reklam
Reklam

3-cü siniflərə verildiyi iddia olunan sualla bağlı rəsmi açıqlama

Cəmiyyət

Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) tapşırığında yer aldığı iddia olunan qalmaqallı sual paylaşılıb.

Cagdas.az qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaya görə, “Atam həyətdə … doğrayır” başlıqlı sualda nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.

Sözügedən tapşırıq sosial şəbəkə istifadəçilərinin ciddi qınağına tuş gəlib. Sual qeyri-insani və şagirdlər üçün təhlükəli hesab edilib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, – deyə məlumatda əlavə edilib.