Son dəqiqə
Keçmiş məmurların cəzaları azaldıldı – Azadlığa çıxırlar Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər… 850 yerlik məktəbdə 2552 şagird oxuyur

Sahil Babayev çıxardı, Mikayıl Cabbarov vəzifə verdi – FOTO

Cəmiyyət

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinə yeni müavin təyin edilib.  

Cagds.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nazim Qasımzadə İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qasımzadə 2009–2026-cı illər ərzində Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyində zəngin fəaliyyət yolu keçib. 2009-cu ilin aprelindən 2022-ci ilin aprelinədək İnformasiya Texnologiyaları (İT) şöbəsinin rəisi, 2022-ci ilin aprel–avqust aylarında Agentliyin direktor əvəzi, 2022-ci ilin avqustundan 2026-cı ilin yanvarınadək isə Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsini icra edib. O, cari ilin yanvarında maliyyə naziri Sahil Babayevin müvafiq əmrilə, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsindən azad edilib.

Bundan sonra bir neçə ay işsiz qalan  N.Qasımzadə bu ilin aprel–iyul aylarında “B&B Security” şirkətində Direktorlar Şurasının sədri vəzifəsində çalışıb.

1557291