Aparılan genişmiqyaslı araşdırma bu suala cavab verib.
Cagdas.az xəbər verir ki, ABŞ-də 395 milyondan çox avtomobilin məlumatları təhlil edilərək ən uzunömürlü markalar müəyyənləşdirilib. Araşdırmada avtomobillərin 402 min kilometri keçmə ehtimalı əsas götürülüb.
“Toyota” bu göstəricidə bütün rəqiblərini geridə qoyaraq ilk sırada qərarlaşıb. Markanın avtomobillərinin 19,7 faizinin 402 min kilometrdən çox yol qət edə biləcəyi müəyyənləşib.
“Lexus” 14,4 faizlə ikinci, Honda 13,3 faizlə üçüncü, “Acura” isə 9,5 faizlə dördüncü olub. Beləliklə, ilk dörd pillənin hamısında Yapon markaları yer alıb.
Araşdırmada ümumi orta göstərici 5,4 faiz təşkil edib. Avropa markalarının isə ilk 10-luğa daxil ola bilməməsi diqqət çəkib.\metbuat.az\
















