• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.7° Weather Columbus
$
1.7
€
1.9362
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda yeni çəkiləcək yollarla bağlı VACİB XƏBƏR

13 Fevral, 26 / 10:18
A A

“20 Yanvar” və “Şamaxinka” istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.

Cagdas.Az xəbər verir ki, bu layihələr 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.

Pirşağı layihəsi – yeni nəqliyyat arteriyası

Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı-Quba-Rusiya sərhədi magistralını Bakı-Şamaxı-Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.

Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.

Koroğlu-Həsən Əliyev yolu

Digər iri layihə Koroğlu-Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.

Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol “Nərimanov”, “Gənclik” və “Koroğlu” ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.

8 Noyabr-Babək-Heydər Əliyev prospekti bağlantısı

Yeni başlanmış layihələrdən biri də “8 Noyabr” prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da, xüsusilə, həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.

Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır./Baku.ws/

Bənzər Xəbərlər

İqtisadiyyat

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

İyun 30, 2026
Cəmiyyət

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

İyun 30, 2026
Cəmiyyət

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

İyun 30, 2026
İqtisadiyyat

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAHI

İyun 30, 2026
İqtisadiyyat

Əli Əsədovun bu qərarı nəyi dəyişəcək - Detallar AÇIQLANDI

İyun 30, 2026
Cəmiyyət

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

İyun 30, 2026

XƏBƏR LENTİ

Yaxın Şərqdə gərginlik artır: Suriya İsraildən bu əraziləri tərk etməyi tələb etdi

30 İyun, 26 / 23:58

İranın milyardlarla dollarına çıxış mümkün olacaq? – Qətərlə yeni danışıqlar

30 İyun, 26 / 23:35

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

30 İyun, 26 / 22:10

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

 

30 İyun, 26 / 21:56

Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?

30 İyun, 26 / 21:41

İrəvandan rus sərhədçilərini sevindirən AÇIQLAMA

30 İyun, 26 / 21:27

Paşinyanı devirmək üçün gizli planımız var - Rusiyalı oliqarx

30 İyun, 26 / 21:13

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAHI

30 İyun, 26 / 20:59

Əli Əsədovun bu qərarı nəyi dəyişəcək - Detallar AÇIQLANDI

30 İyun, 26 / 20:54

QNET-in Birbaşa Satış Assosiasiyaları etimadı necə gücləndirir?

30 İyun, 26 / 20:44
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.