Son dəqiqə
Netanyahu “NAZA” sənədli filminin iştirakçıları barədə cinayət araşdırması tələb edib Sudanda qızıl uğrunda müharibə: Hava zərbəsi ilə bağlı ŞOK İDDİA Togg-un “Ayder” rəngli T10F modeli Rizədə nümayiş etdirildi Rusiyanın fövqəladə hallar naziri ilk dəfə bu ölkəyə səfər edib Samsunda beynəlxalq sağlamlıq turizmi sammiti keçiriləcək: Azərbaycan da təmsil olunacaq Kişiləri qadınlarda nə cəlb edir? – Məsələ təkcə görünüşdə deyil Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? – Bu kiçik detalı yoxlayın Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Reklam
Reklam

SON DƏQİQƏ! Azərbaycan nefti rekord səviyyədə BAHALAŞDI

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.

Çağdaş.Az bildirir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 120,51 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ dolları və ya 2,6 % artaraq 117,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir./Oxu24.com