Son dəqiqə
Xalq artistinin məktəbli geyimi və hicabla bağlı sözləri GÜNDƏM OLDU Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI 3 bürc MİLYONÇU olacaq: Gözlənilməz sərvət və böyük miras qapısı açılır Komitə sədri məsələyə qarışdı: Nazirlər Kabinetinin 325 nömrəli qərarı… İsrail dünyaya kritik xəbər yaydı – Nəhəng ölkədə karantin həyəcanı, əhaliyə təcili çağırış İlham Əliyev Baş naziri qarşıladı-FOTOLAR “Sabah” Çempionlar Liqasında növbəti oyuna çıxır Dünya bazarında qızılın qiyməti artıb İqtisadiyyat üzrə Nobel mükafatı Stokholmda AÇIQLANACAQ Netanyahu “NAZA” sənədli filminin iştirakçıları barədə cinayət araşdırması tələb edib
Reklam
Reklam

Regionda ən ucuz yumurta Azərbaycandadır – QİYMƏTLƏR

İqtisadiyyat

Azərbaycan toyuq yumurtasının qiymətinə görə dünyada 90-cı pillədə qərarlaşıb.

Cagdas.az xəbər verir ki, bu barədə “Numbeo” məlumat bazasının hazırladığı hesabatda bildirilib.

Araşdırma çərçivəsində dünyanın 101 ölkəsində bir düzünə (12 ədəd) yumurtanın qiyməti təhlil edilib. Məlum olub ki, Azərbaycanda bu məhsulun orta qiyməti 1,60 ABŞ dolları ekvivalentindədir.

Qonşu ölkələrdə vəziyyət necədir?

“Numbeo”nun göstəricilərinə əsasən, Azərbaycan regionda ən aşağı qiymətləri təklif edən ölkədir. Digər ölkələrdəki sıralama və qiymətlər aşağıdakı kimidir:

  • Azərbaycan (90-cı yer): $1,60

  • Rusiya (88-ci yer): $1,66

  • Türkiyə (72-ci yer): $2,10

  • Ermənistan (62-ci yer): $2,41

  • Gürcüstan (60-cı yer): $2,46

Dünyada ən bahalı və ən ucuz qiymətlər

Dünya üzrə ən yüksək qiymət İsveçrədə qeydə alınıb — burada bir düzünə yumurta üçün 7,72 dollar ödəmək lazımdır. Ən sərfəli qiymət isə Hindistandadır: 12 ədəd yumurtanın qiyməti cəmi 89 sent təşkil edir.(Ölkə.Az)