• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9911
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Dünya gündəmində: Şimali Koreyada edam dalğası

28 Aprel, 26 / 19:56
A A

Şimali Koreyada COVID-19 pandemiyası dövründə edamların kəskin şəkildə artdığı bildirilir. Yeni hesabatlara görə, xüsusilə xarici mədəniyyətin izlənilməsi və siyasi ittihamlarla bağlı ölüm hökmlərində ciddi artım qeydə alınıb.

Çağdaş.Az xəbər verir ki, Pxenyan rəhbərliyi pandemiyanın yayılmasının qarşısını almaq üçün 2020-ci ilin yanvarında sərhədləri bağlamışdı. Hüquq müdafiəçiləri bildirir ki, bu addım ölkədə mövcud insan hüquqları pozuntularını daha da ağırlaşdırıb.

Hesabata əsasən, sərhədlərin bağlanmasından sonra ötən təxminən beş il ərzində edamların sayı əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artıb. Eyni zamanda ölüm cəzasına məhkum edilənlərin sayı üç dəfədən çox yüksəlib.

Araşdırma yüzlərlə şimali koreyalı qaçqının ifadələrinə əsaslanır və ümumilikdə 144 edam və ölüm hökmü hadisəsi təhlil edilib.

Pandemiyadan sonra xüsusilə Cənubi Koreya istehsalı film, serial və musiqilərə baxmaq kimi “xarici mədəniyyət” fəaliyyətlərinə görə verilən edam cəzələrinin artdığı vurğulanır. Həmçinin ölkə lideri Kim Jong Unu tənqid etmək kimi siyasi addımlara görə də edamların sayında ciddi artım müşahidə olunub.

Ekspertlər hesab edir ki, bu tendensiya artan daxili narazılıq fonunda dövlət nəzarətinin daha da sərtləşdirilməsi ilə bağlıdır.

Hesabatda qeyd edilir ki, edamların təxminən dörddə üçü ictimai şəkildə həyata keçirilib və əksər hallarda insanlar güllələnərək öldürülüb.
Eyni zamanda ölkə rəhbərliyi işgəncə, məcburi əmək və ifadə azadlığına ciddi məhdudiyyətlər tətbiq etməkdə ittiham olunur.

Məlumata görə, ölkədə təxminən 65 min nəfərin saxlanıldığı dörd siyasi məhbus düşərgəsi mövcuddur və bu şəxslər ağır şəraitdə işlədilir.
Birləşmiş Millətlər Təşkilatı rəsmiləri son on ildə Şimali Koreyada insan hüquqları vəziyyətinin yaxşılaşmadığını, əksinə daha da pisləşdiyini bildirir.

Bənzər Xəbərlər

Dünya

ABŞ-dan ən çox neft alan 10 ölkə – SİYAHI

Aprel 28, 2026
Dünya

FIFA Sülh Mükafatı müzakirə mövzusu oldu

Aprel 28, 2026
Dünya

BMT Baş katibi: qlobal ticarət təhlükə altındadır

Aprel 28, 2026
Dünya

Livan Prezidenti: İsraillə “alçaldıcı razılaşmanı” qəbul etməyəcəyik

Aprel 28, 2026
Dünya

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

Aprel 28, 2026
Dünya

20 ildən sonra Böyük Britaniya kralından ABŞ-yə ilk səfər – VİDEO

Aprel 28, 2026

XƏBƏR LENTİ

Çəkiyə təsir edən gizli faktor – saatlara diqqət edin

28 Aprel, 26 / 23:24

Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı

28 Aprel, 26 / 23:11

Şişkinlik və həzm problemini azaldan 5 üsul

28 Aprel, 26 / 22:50

ABŞ-dan ən çox neft alan 10 ölkə – SİYAHI

28 Aprel, 26 / 22:35

​İnsan niyə narkotikə, içkiyə aludə olur?

28 Aprel, 26 / 22:21

Məktəblərdə təhlükə BÖYÜYÜR- XƏBƏRDARLIQ

28 Aprel, 26 / 21:47

Uşaqların neçə faizi bağçaya gedir? – Rəsmi rəqəm açıqlandı

28 Aprel, 26 / 21:39

Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR

28 Aprel, 26 / 21:35

Tikintidə 1677 nəfər müqaviləsi olmadan işləyib

28 Aprel, 26 / 21:25

FIFA Sülh Mükafatı müzakirə mövzusu oldu

28 Aprel, 26 / 21:10
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.