Son dəqiqə
Stressin bədənə təsiri: Diqqətdən qaçan 7 əlamət Bakıda fantastik qiymətə “06” satılır – 89 MİN MANAT! Səddam Hüseynin təyyarəsi 900 min dollara satılır İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi

Rusiyanın daha bir neft emalı zavodu hədəf oldu: Partlayış və yanğın var

Dünya

Ukrayna ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə zərbələri davam etdirib.

Çağdaş.Az xəbər verir ki, bu dəfə hədəf Krasnodar diyarındakı Slavyansk şəhərindəki neft emalı zavodu olub. Zavodda bir neçə güclü partlayış baş verib, yanğın başlayıb.

Rusiyanın Krasnodar diyarının xüsusi təyinatlı qrupu zavoda hücumu təsdiqləyib: “Slavyansk-na-Kuban şəhərində neft emalı zavodunda dronların düşməsi nəticəsində yanğın baş verib. Dağıntılar həmçinin elektrik xəttinə zərər vurub və fərdi evdəki pəncərələri sındırıb. İlkin məlumata görə, xəsarət alan yoxdur”.

Daha sonra Krasnodarın qubernatoru Venyamin Konratyev hücum nəticəsində 1 nəfərin öldüyünü açıqlaylb.

Zavodda yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub./Musavat.com/