ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Giorgia Meloni arasında son aylarda davam edən “foto polemikası” yeni paylaşım ilə daha da kəskinləşib.
Çağdaş.Az Referans Media-ya istinadən xəbər verir ki, Ankarada keçiriləcək NATO Zirvəsinə saatlar qalmış Tramp, sosial media hesabında Meloni ilə əl sıxdığı bir fotoşəkli paylaşaraq diqqətçəkən ifadə yazıb. Şəkildə Meloninin Trampa baxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Tramp paylaşımında “Uzaqlaşdırma qərarı lazımdır” ifadəsini istifadə edərək mübahisəni daha da qızışdırıb.
İki lider arasında söz davası ilk dəfə iyun ayında Fransada keçirilən G7 Zirvəsindən sonra başlamışdı. Tramp həmin vaxt Meloni haqqında “mənimlə foto çəkdirmək üçün yalvardı” iddiasını səsləndirmişdi.
Meloni isə bu açıqlamaya dərhal cavab verərək “İtaliya heç vaxt yalvarmaz” ifadəsi ilə sərt reaksiya göstərmişdi.
Sonrakı günlərdə Tramp Melonini ABŞ–İran gərginliyi fonunda siyasi reytinq qazanmağa çalışmaqda ittiham etmiş, İtaliya Baş naziri isə bu sözləri “anlamsız hücumlar” kimi qiymətləndirərək cavab vermişdi.
Diplomatik gərginliyin NATO Zirvəsi ərəfəsində yenidən gündəmə gəlməsi beynəlxalq media tərəfindən diqqətlə izlənilir.

















