Son dəqiqə
Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür?
Reklam
Reklam

Qızıl 4 min dollardan aşağı düşdü

İqtisadiyyat

Qlobal bazarda qızılın qiyməti 4000 ABŞ dolları həddindən aşağı enib.

Cagdas.az  xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti hazırda 3986 ABŞ dolları səviyyəsində ticarət olunur.

Qiymətli metal cari ilin ikinci rübündə 14 faiz ucuzlaşıb. Bu, qızıl üçün 2013-cü ildən bəri qeydə alınan ən zəif rüblük nəticə hesab olunur.

Ekspertlər qiymət enişini Yaxın Şərqdə davam edən geosiyasi gərginlik, eləcə də ABŞ-də inflyasiyanın cilovlanması məqsədilə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağına dair gözləntilərlə əlaqələndirirlər.

“J.P. Morgan” bankının analitiklərinin qiymətləndirməsinə görə, əsas sektorlardan qızıla tələbat əvvəlki proqnozlarda nəzərdə tutulduğu qədər yüksək olmayacaq. Bank 2026-cı ilin üçüncü rübündə qızılın bir unsiyasının qiymətinin orta hesabla 4300 ABŞ dolları, dördüncü rübdə isə 4500 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bununla yanaşı, analitiklər hesab edirlər ki, mərkəzi bankların qızıl alışları və fiziki tələbat 2027-ci ildə də qiymətlərə dəstək verən əsas amillərdən biri olaraq qalacaq.

Qızıl ənənəvi olaraq inflyasiyadan qorunma vasitəsi kimi qiymətləndirilsə də, yüksək faiz dərəcələri şəraitində gəlir gətirməyən aktiv olduğundan investorlar üçün cəlbediciliyini qismən itirir.(modern.az)