Son dəqiqə
Pakistanın Əfqanıstana endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər ölüb Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir Xəyal dünyasında yaşayan 3 bürc: Ayaqları yerə dəymir Arıqlama dərmanı xərçəng riskini artırır? – Alimlərdən açıqlama “Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi – GÖRÜNTÜ ASELSAN Naxçıvanda zavod açacaq Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalandı Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir
Reklam
Reklam

Putin: Rusiya ilə Çin arasında münasibətlər tarixdə görünməmiş yüksək səviyyədədir

Dünya

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Çin lideri Si Cinpinə təbrik məktubu göndərib. O, iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığını və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib.

Çağdaş.Az xəbər verir ki, Kremlin rəsmi saytında yayımlanan təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini vurğulayıb.

Rusiya lideri qeyd edib ki, hər iki ölkə daha ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq edir.

Putin həmçinin Si Cinpinlə Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşünün səmərəli olacağına və iki ölkə arasındakı hərtərəfli tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

O, Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini də qeyd edib. Putinin sözlərinə görə, Pekin regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynayır.

Rusiya Prezidenti məktubunun sonunda çinli həmkarına möhkəm cansağlığı, rifah və yeni uğurlar, Çin xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.