• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

16 Avqust, 26 / 9:37
A A

Avqustun 16-sı mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

Referans Media xatırladır ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

O, tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib.

B.Vahabzadə Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, sonra həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

B.Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız iki ildən sonra işə bərpa edilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, həmçinin də keçmiş Sovet İttifaqı xalqlarının dillərinə tərcümə edilib.

Xalqı oyandırmaq məqsədi ilə əsərlərini qələmə alan B.Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

O, 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Bir sıra şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildilər - SİYAHI

Avqust 17, 2026
Cəmiyyət

Prezident DSX-nin bir sıra hərbi qulluqçularına orden və medallar verdi - SƏRƏNCAM

 

Avqust 17, 2026
Cəmiyyət

İlham Əliyev onlara "general-leytenant" və "general-mayor" rütbəsi verdi

Avqust 17, 2026
Cəmiyyət

Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO

Avqust 17, 2026
Cəmiyyət

Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb - VİDEO

Avqust 16, 2026
Cəmiyyət

Sabah şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

Avqust 16, 2026

XƏBƏR LENTİ

Bir sıra şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildilər - SİYAHI

17 Avqust, 26 / 13:28

Prezident DSX-nin bir sıra hərbi qulluqçularına orden və medallar verdi - SƏRƏNCAM

 

17 Avqust, 26 / 13:13

İlham Əliyev onlara "general-leytenant" və "general-mayor" rütbəsi verdi

17 Avqust, 26 / 12:57

Çempionlar Liqası: “Sabah” Buxarestdə “Hapoel”ə qarşı matçda dəstəksiz qalmayacaq

17 Avqust, 26 / 12:52

Maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR - Yaxın aylarda...

17 Avqust, 26 / 12:38

Yaxın Şərqdə tarixi dönüş: HƏMAS-ın silahı yerə qoyması üçün kritik danışıqlar başladı

17 Avqust, 26 / 12:23

Balakəndə əməliyyat keçirildi: saxlanılan var

 

17 Avqust, 26 / 12:09

Yeni təmayül modelində müəllimlərin müsahibəsi davam edir – FOTO

17 Avqust, 26 / 11:54

Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - FOTOLAR

17 Avqust, 26 / 11:39

Prezidentin Naxçıvanla bağlı STRATEJİ HƏDƏFİ: Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM XƏBƏR açıqlandı -VİDEO

17 Avqust, 26 / 11:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.