Çağdaş.Az xəbər verir ki, Məhəmməd Rza Arif bu fikirləri Qum şəhərində din xadimləri ilə keçirdiyi görüşdə səsləndirib.
Ölkədə bəzi xarici internet saytları və mobil tətbiqlərə qoyulan giriş məhdudiyyətlərinə toxunan Arif bildirib ki, texnologiyaya qadağalarla yanaşmaq düzgün nəticə vermir.
“Texnologiyanı boykot etmək çıxış yolu deyil. İnternet magistral yola bənzəyir. Əgər həmin yolda bir avtomobil qaydanı pozursa, bütün yolu bağlamaq lazımdır, yoxsa qaydanı pozan sürücünü cəzalandırmaq?” – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu vəziyyət dövlətin kiberməkanda nəzarət imkanlarını zəiflədir.
“İnternetdə zəngin İslam və İran mədəniyyətinə əsaslanan yanaşma formalaşdırmalıyıq. Lakin hazırda VPN-lər kiberməkanda təhlükəsizlik nəzarətimizi aradan qaldırıb. Biz rəqəmsal mühitdə suverenliyimizi təmin etməli və onu idarə edə bilməliyik. Filtrləmə siyasəti isə əksinə, təhlükəsizlik imkanlarımızı zəiflədir və son müharibələr zamanı bunun mənfi nəticələrini gördük”, – deyə Arif bildirib.
















