Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq – VİDEO

Cəmiyyət

Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur.

Kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir.

Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığı üçün təhlükə yaratmadığını bildirirlər.

Prosesin diqqətçəkən digər məqamı isə Səhiyyə Nazirliyinin bir müddət əvvəl əhaliyə etdiyi müraciətdir. Belə ki, bəzi inyeksiya olunan estetik preparatların, o cümlədən dolğuların rəsmi qeydiyyat və keyfiyyət sənədləri olmadan istifadəsi qanunla qadağandır.

Belə maddələr ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Bu nə dərəcədə düzgün ola bilər? Qadının ən zərif yeri sinəsidir. Onu əvvəlcə yoxlatdırmalısan, mammoqrafiya etdirməlisən ki, daha sonra hansısa həkimə müraciət edə biləsən”, – sakinlərdən biri deyib.

“Mən sinə dolğusuna pis baxıram. Dodaq nazikdirsə və ya burunda nəsə problem varsa, olar. Ancaq sinəyə dolğu etdirmək olmaz”, – başqa bir sakin bildirib.