Son dəqiqə
Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR

Maşında yüksək səslə musiqi dinləyənlər oxusun – Bu cəza gözləyir

Cəmiyyət

“Avtomobillərdən yaranan səs-küyə qarşı ayrıca inzibati məsuliyyət müəyyən edilməlidir. Şəhərdə problem yalnız gecə saatlarında yaranan səs-küylə məhdudlaşmır. Gün ərzində də avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi və zərurət olmadan səs siqnalından istifadə edilməsi şəhər mühitində ciddi səs-küy yaradır”.

Çağdaş.Az xəbər verir ki, bu sözləri nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil:

“Ona görə də hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində ayrıca bəndlə günün bütün saatlarında avtomobildən normadan artıq səslə musiqi səsləndirilməsi, zərurət olmadan və ya lüzumsuz olaraq səs siqnalından istifadə edilməsi inzibati xəta kimi müəyyən edilməli və buna görə konkret cərimə nəzərdə tutulmalıdır. Gecə saatlarında isə mövcud 521-ci maddənin tələbləri ilə yanaşı, bu davranışlara nəzarət daha sərt həyata keçirilməlidir.

Səs siqnalı təhlükə barədə xəbərdarlıq etmək üçündür, əsəb və narazılıq ifadə etmək üçün deyil. Məqsəd sürücüləri cəzalandırmaq yox, şəhərdə sağlam və komfortlu səs mühiti yaratmaqdır”.