“Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq”.
Çağdaş.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, birinci sinifdən 9-cu sinfədək sözügedən məktəblərdə Azərbaycan dili fənni üzrə həftəlik dərs saatlarının sayı 3 saatdan 4 saata çatdırılacaq. Onun sözlərinə görə, məqsəd həmin məktəblərdə şagirdlərin anlama, danışma, oxu və yazı bacarıqlarını artırmaqdır.
















