Son dəqiqə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb

Formula 1 Bakıdakı ünvanını dəyişə bilər?

Cəmiyyət

“Formula 1 yarışları dünyada en çox izlənən 5 idman yarışı içərisindədir. Yəni 500 milyonluq TV auditoriyası var. Yəni şəhərin tanıtımı çox gözəl həyata keçirilir. Ancaq bunun ardı gəlməlidir, turizmin inkişafı üçün digər addımlar da atılmalıdır. Amma indiki şəraitdə, yəni quru yollarının bağlı olduğu şəraitdə, ölkədə turizm infrastrukturunun zəif inkişaf elədiyi dönəmdə bu addımların atılması çətin görünür.”

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı isə Bakı şəhərinin Formula 1 üçün lazım olan bütün infrastruktura mali olduğunu diqqətə çatdırıb. O, Foruma 1 yarışlarının Bakıdan kənarda keçirilməsi ehtimallarına da münasibət bildirib.

“Bakı şəhəri konkret Formula 1 trekidir. Bu trekə uyğun ola biləcək ərazimiz inanmıram ki, hal-hazırda mümkün olsun. Çünki bu bizim istəyimizdən asılı deyil, Formula 1-in özünün beynəlxalq qaydaları var və bu qaydalara uyğun trek seçilir. Yaxın vaxtda Emin Ağalarov Sea Breeze-də Formula 1-in keçirilməsi ilə bağlı çıxış etmişdi. Ola bilər ki, gələcəkdə orada belə bir sistem qurulsun, yönləndirilisin, həmin ərazidə keçirilsin. Ancaq əvvəl infrastruktur qurulmalıdır. İşğaldan azad olunmuş ərazilərdə isə dövlətimiz digər vacib işlərlə məşğuldur. Formula 1-i həmin ərazilərdə keçirmək üçün tamam başqa infrastruktur qurmaq lazımdır. Onu buralarda yaratmaq elə də asan məsələ deyil.”\modern.az\