• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.5° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Səhiyyə Nazirliyinin mütəxəssisindən XƏBƏRDARLIQ

15 Sentyabr, 26 / 12:40
A A

“Valideynlər uşaqlarını yalnız nəticələrinə görə dəyərləndirməkdən çəkinməlidirlər. Çünki bu yanaşma uşağın öz dəyər hissini zəiflədir və onda yalnız uğurları ilə dəyərli olduğu düşüncəsini formalaşdırır”.

Cagdas.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov səsləndirib.

Onun sözlərinə görə, uşağı digər uşaqlarla müqayisə etmək onda öz dəyərinin başqaları ilə ölçüldüyü hissini formalaşdırır. Bu isə zamanla özünəinamın azalmasına, daxili narahatlığa və özünü daim sübut etmək ehtiyacına səbəb ola bilər.

Psixoterapevt bildirib ki, daha ciddi məqam uşağın bu yanaşmanı mənimsəyərək münasibətlərini də müqayisə üzərində qurmağa başlamasıdır:

“Uşaq zamanla valideynlərini də başqaları ilə müqayisə edə bilər. Sağlam inkişaf üçün uşağa öyrədilməli olan əsas məsələ yalnız qiymət və nəticələrin əhəmiyyəti deyil, insanın həyatdakı dəyəri, göstərdiyi cəhd, fərdi inkişafı və özünəməxsusluğudur. Uşaq anlamalıdır ki, onun məqsədi başqalarından üstün olmaq deyil, öz potensialını tanımaq və inkişaf etdirməkdir”.

R.Nəcəfov qeyd edib ki, valideynin uşağa verə biləcəyi ən böyük psixoloji dəstək onu olduğu kimi qəbul etdiyini hiss etdirməkdir:

“Uşaq yalnız uğur qazandığı zaman deyil, çətinlik yaşadığı, səhv etdiyi və uğursuz olduğu anlarda da sevildiyini hiss etdikdə, onun şəxsiyyətinin təməlində güclü emosional dayaq formalaşır. Bu hiss gələcəkdə risk etməkdən çəkinməyən, səhvlərindən öyrənə bilən və öz dəyərini başqalarının fikrindən asılı etməyən bir insanın yetişməsinə şərait yaradır”.

Psixoterapevt vurğulayıb ki, hər bir uşağın inkişaf tempi, maraqları və bacarıqları fərqlidir. Bu baxımdan, valideyn uşağını başqaları ilə deyil, özünün əvvəlki vəziyyəti ilə müqayisə etməlidir:

“Müdrik valideyn başqasının övladı ilə deyil, uşağın dünəni ilə bu gününü müqayisə edir. “Sən ötən aya nisbətən nələri bacarırsan?” sualı “Kimdən yaxşısan?” sualından daha sağlam psixoloji təsir göstərir. Çünki fərdi inkişaf üzərində qurulan yanaşma uşağın daxili motivasiyasını gücləndirir, özünü tanımasına kömək edir və ömür boyu davam edəcək sağlam özünüdəyərləndirmənin əsasını qoyur”.\musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Bu rayonlara leysan yağacaq – hava PROQNOZU

Sentyabr 15, 2026
Cəmiyyət

Bakıda tıxaclarla mübarizə: İş qrafikini dəyişmək yetərlidirmi?

Sentyabr 15, 2026
Cəmiyyət

Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib

Sentyabr 15, 2026
Cəmiyyət

Bu hallarda işçilərə əlavə pul ödənilməlidir

Sentyabr 15, 2026
Cəmiyyət

265 milyon manat artım olub – Nazirlik elan etdi

Sentyabr 15, 2026
Cəmiyyət

Bakı yollarında sıxlıq: Metroda, qatarda və yollarda vəziyyət – FOTO – VİDEO

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Bu rayonlara leysan yağacaq – hava PROQNOZU

15 Sentyabr, 26 / 13:55

Bakıda tıxaclarla mübarizə: İş qrafikini dəyişmək yetərlidirmi?

15 Sentyabr, 26 / 13:42

Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib

15 Sentyabr, 26 / 13:29

Lavrov: Rusiya Qərbdə dondurulmuş valyuta ehtiyatlarını geri qaytaracaq

15 Sentyabr, 26 / 13:17

Bu hallarda işçilərə əlavə pul ödənilməlidir

15 Sentyabr, 26 / 13:16

265 milyon manat artım olub – Nazirlik elan etdi

15 Sentyabr, 26 / 13:03

Bakı yollarında sıxlıq: Metroda, qatarda və yollarda vəziyyət – FOTO – VİDEO

15 Sentyabr, 26 / 12:53

Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Səhiyyə Nazirliyinin mütəxəssisindən XƏBƏRDARLIQ

15 Sentyabr, 26 / 12:40

Hərbi çağırışdan boyun qaçıranlara cinayət işi açıldı

15 Sentyabr, 26 / 12:27

Yetkinlik yaşına çatmayanlarla bağlı VACİB QƏRAR

15 Sentyabr, 26 / 12:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.