Cagdas.az Oxu.az-a istinadən xəbər verir ki, sıxlıq həm avtomobil yollarında, həm yerüstü, həm də yeraltı ictimai nəqliyyatda yaşanır.
Belə ki, metronun “Həzi Aslanov”-“28 May” istiqamətində, xüsusən “Koroğlu” stansiyasında, həmçinin Bakı dairəvi dəmir yolunun Bakı-Pirşağı-Sumqayıt xəttinin Məmmədli stansiyasında sərnişin sıxlığı yaşanır.
Paytaxtın bir çox mərkəzi küçələri ilə yanaşı Sumqayıt-Bakı yolunda da nəqliyyatın sıxlığı müşahidə edilməkdədir.















