Son dəqiqə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb

Azərbaycanla Ermənistanın ticarət dövriyyəsi 18 milyon dolları keçib

Cəmiyyət

“Bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır”.

Cagdas.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O deyib ki, Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib:

“Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir. Bunlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiq edir. Bütün bunlar fonunda, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası və eləcə də Ermənistan hakimiyyətinin mövqeyi qəbuledilməzdir.

Sözügedən səfərdən sonra yayılan məlumatlar və revanişt kampaniyasının arxasında Ermənistan hakimiyyətinin özünün dayandığından xəbər verir. Eyni zamanda, mövzu ilə bağlı parlamentin sədri Ruben Rubinyanın açıqlaması da qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilədir. Bütün bunlar Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Halbuki, dayanıqlı sülh Ermənistanın özünün inkişafı üçün vacib şərtlərdən hesab edilir.

Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək və eləcə də təbii qaz idxal etmək niyyətini gizlətməyən Ermənistan hakimiyyətinin revanşizmi dəstəkləməsi rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Bütün bunlar ilə yanaşı, Azərbaycan regionda sülh və əməkdaşlığa töhvə verməkdə davam edir və Qafqazın dayanıqlı inkişafı da məhz davamlı sülhdən keçir”.\modern.az\