• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir – YENİ LAYİHƏ

15 Sentyabr, 26 / 17:56
A A
Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilir.

Cagdas.az  xəbər verir ki, bunun üçün Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilir.

Hər iki məcəlləyə təklif olunan dəyişikliklər layihəsinə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar bu Məcəllənin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Layihədə qeyd olub ki, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və Maliyyə Tədbirləri üzrə İş Qrupunun (Financial Action Task Force – FATF) müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanıb.

Terrorizmin maliyyələşdirilməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Bu baxımdan terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.

Layihə ilə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsinə ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.

Təklif olunan tənzimləmə Azərbaycanın beynəlxalq öhdəlikləri və FATF standartlarının məqsəd və tələbləri ilə uzlaşır, eyni zamanda terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.

Layihədə təqdim olunan digər dəyişikliklər hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatın xüsusiyyətlərini nəzərə alaraq mahiyyət etibarılə uyğunlaşdırma xarakteri daşıyır.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 15-də keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə edilib.\ölkə.az\

 

Bənzər Xəbərlər

Cəmiyyət

Ermənistan malları üçün güzəştlər təsdiqləndi

Sentyabr 15, 2026
Cəmiyyət

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

Sentyabr 15, 2026
Cəmiyyət

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

Sentyabr 15, 2026
Cəmiyyət

Bakıda avtobus zolağını bəyənməyib yarışa çıxan sürücülərlə bağlı tədbir görülüb – RƏSMİ AÇIQLAMA – VİDEO

Sentyabr 15, 2026
Cəmiyyət

Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaq

Sentyabr 15, 2026
Cəmiyyət

Borclunun qiymətli kağızlarına həbs qoyulacaq

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Ermənistan malları üçün güzəştlər təsdiqləndi

15 Sentyabr, 26 / 19:19

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

15 Sentyabr, 26 / 19:06

Vardanyan həbsxanadan “rəqəmsal oğurluq”la məşğuldur

15 Sentyabr, 26 / 18:53

Bakıda avtobus zolağını bəyənməyib yarışa çıxan sürücülərlə bağlı tədbir görülüb – RƏSMİ AÇIQLAMA – VİDEO

15 Sentyabr, 26 / 18:38

Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaq

15 Sentyabr, 26 / 18:26

Borclunun qiymətli kağızlarına həbs qoyulacaq

15 Sentyabr, 26 / 18:10

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir – YENİ LAYİHƏ

15 Sentyabr, 26 / 17:56

Azərbaycana gələn xarici diplomatların qeydiyyatı qaydası dəyişir

15 Sentyabr, 26 / 17:43

Azərbaycanda bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

15 Sentyabr, 26 / 17:28

Məhkəmə sistemində radikal dəyişiklik – Bu işlərə bir hakim baxacaq

15 Sentyabr, 26 / 17:15
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.