Son dəqiqə
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb

Bakıda avtobus zolağını bəyənməyib yarışa çıxan sürücülərlə bağlı tədbir görülüb – RƏSMİ AÇIQLAMA – VİDEO

Cəmiyyət

Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər 22 avqust 2026-cı il tarixində saat 06:35-də baş verib.

Cagdas.az bildirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-dən verilib.

“Hadisə tərəfimizdən araşdırılıb və müvafiq tədbirlər görülüb. Araşdırma zamanı videogörüntüdə əks olunan avtobuslardan birinin sürücüsünün hərəkət zolağını dəyişərkən manevr qaydalarına düzgün əməl etmədiyi müəyyən edilib. Videogörüntüdə əks olunan hər iki sürücü barəsində müvafiq intizam tənbehi tədbiri görülüb, eyni zamanda sürücülər təhlükəsiz idarəetmə və yol hərəkəti qaydaları üzrə təkrar təlimə cəlb ediliblər”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılov

Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Referans Media  Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, “BakuBus”a məxsus 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar.

Görüntülərdən aydın olur ki, hərəkətdə olan avtobusların ikisi bir-biri ilə yarışa çıxıb. Bu zaman onlar manevr qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıblar.