Son dəqiqə
İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır

Cəmiyyət

Nepalda 1300-dən çox insanın həyatına son qoyan dağıdıcı daşqınlardan sonra Himalay dağlarındakı vəziyyətlə bağlı həyəcan doğuran hesabat hazırlanıb. Hesabatda Asiyanın “su qülləsi” adlandırılan Himalayların iqlim dəyişikliyinin ciddi təsiri altında olduğu vurğulanır.

Cagdas.az xəbər verir ki, məlumata görə, Himalay bölgəsində buzlaqların kütlə itkisi son onillikdə əvvəlki dövrlə müqayisədə 65 faiz sürətlənib.

“Dünyanın damı” kimi tanınan Nepalda baş verən daşqınlar isə qlobal iqlim böhranının yaratdığı riskləri bir daha gündəmə gətirib.

Təhlükə yalnız dağlıq ərazilərdə yaşayan icmaları əhatə etmir. Himalayların su ehtiyatlarından Cənubi Asiyada 2 milyarddan çox insanın həyat və təsərrüfat fəaliyyəti asılıdır. Buzlaqların sürətlə əriməsi uzunmüddətli perspektivdə su təminatı, kənd təsərrüfatı, enerji və ekosistemlər üçün ciddi problemlər yarada bilər.

Hindistan ərazisinin nisbətən kiçik hissəsi Himalay dağlarının payına düşsə də, ölkənin şimalındakı bu kövrək dağlıq zonada daşqın, torpaq sürüşməsi və digər təbii fəlakətlər tez-tez baş verir.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyinin təsirlərinin qarşısının alınmaması Cənubi Asiyada su təhlükəsizliyini daha da ağırlaşdıra bilər. Bu isə gələcəkdə miqrasiya, ərzaq və su qıtlığı, iqtisadi itkilər və regionda geosiyasi gərginlik risklərini artıracaq.\sfera.az\