• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.3° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Mehdiyev işi”ndə hamını təəccübləndirəcək ssenari – Kritik dövr başladı

16 Sentyabr, 26 / 9:40
A A

Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham olunduğu iş üzrə istintaq başa çatıb və cinayət işi artıq məhkəməyə göndərilib.

Ramiz Mehdiyev həbsxanaya göndərilə bilər? Məhkəmədə onu hansı cəza gözləyir və işin sonu necə olacaq?

Çağdaş.Az Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, cinayət işinin məhkəməyə göndərilməsi hüquqi baxımdan mühüm mərhələnin başa çatması deməkdir:

“Lakin bu, təqsirləndirilən şəxsin artıq təqsirli bilinməsi anlamına gəlmir. Konstitusiyanın 63-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Bu səbəbdən hazırkı mərhələdə Ramiz Mehdiyevin gələcək taleyi ilə bağlı “mütləq həbs ediləcək”, “uzunmüddətli cəza alacaq” və ya əksinə, “iş hökmən xitamla nəticələnəcək” kimi qəti fikir söyləmək hüquqi baxımdan düzgün deyil. Məhkəmənin əsas vəzifəsi ittiham aktında göstərilən halların məhkəmə baxışı zamanı qanuni qaydada əldə edilmiş və qiymətləndirilmiş sübutlarla təsdiq olunub-olunmadığını müəyyən etməkdir. Ona qarşı irəli sürülən maddələr üzrə nəzərdə tutulan cəzalar kifayət qədər ağırdır. Belə ki, 274-cü və 278.1-ci maddələr üzrə 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, 193-1.3.2-ci maddə üzrə isə əmlakın müsadirəsi və 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə hər bir ittiham üzrə cinayətin əlamətlərinin olub-olmadığını, əməlin konkret hallarını, şəxsin rolunu, təqsirin formasını və sübutların qanuni yolla əldə edilərək məhkəməyə təqdim olunmasını ayrıca qiymətləndirməlidir”.

ellada

Hüquqşünas bildirib ki, hüquqi baxımdan Ramiz Mehdiyevin həbsxanaya göndərilməsi ehtimalını istisna etmək olmaz:

“Əgər məhkəmə ittihamların tam yaxud müəyyən hissəsinin qanuni və mötəbər sübutlarla təsdiq olunduğu qənaətinə gələrsə, azadlıqdan məhrum etmə cəzası təyin edərsə, hökm qanuni qüvvəyə mindikdən sonra onun icrası məsələsi gündəmə gələcək. Burada qətimkan tədbiri ilə yekun cəzanı da fərqləndirmək lazımdır. İbtidai istintaq zamanı şəxs barəsində seçilən ev dustaqlığı və ya digər qətimkan tədbiri gələcək hökm demək deyil. Ramiz Mehdiyev barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçildi və sonradan bunun müddəti uzadıldı. Buna görə də cinayət işinin məhkəməyə göndərilməsi qətimkan tədbirinin avtomatik olaraq yekun cəza ilə əvəzlənməsi demək deyil. Məhkəmə mərhələsində artıq yalnız istintaq orqanının irəli sürdüyü ittiham araşdırılmır. İttiham tərəfinin təqdim etdiyi sübutlar müdafiə tərəfinin arqumentləri ilə birlikdə qiymətləndirilməli və onlara hüquqi qiymət verilməlidir. Bu baxımdan şahid ifadələri də mühüm sübut vasitələrindən biridir”.

E.Bayramova qeyd edib ki, bu iş üzrə bir neçə hüquqi nəticə mümkündür:

“Məhkəmə ittihamın tam sübuta yetirildiyi qənaətinə gələrək təqsirləndirilən şəxsi təqsirli bilə və qanunda nəzərdə tutulan cəzanı təyin edə bilər. Ayrı-ayrı epizodlar və ya maddələr üzrə sübutların kifayət etmədiyi müəyyənləşdirilərsə, həmin hissələr üzrə fərqli hüquqi nəticə yaranacaq. Təqsirin sübuta yetirilmədiyi halda isə bəraət hökmünün çıxarılması da mümkündür. Yəni bu iş üzrə də digər cinayət proseslərində olduğu kimi qanunçuluq, təqsirsizlik prezumpsiyası, müdafiə hüququ, sübutların hərtərəfli, obyektiv araşdırılması, ittihamın konkretliyi və məhkəmə hökmünün əsaslandırılması prinsipləri əsas götürülməlidir”.

Ləman İmran

Bənzər Xəbərlər

Cəmiyyət

Müqəddəs Məkkəyə hücum CƏHDİ

Sentyabr 16, 2026
Cəmiyyət

Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?

Sentyabr 16, 2026
Cəmiyyət

Paşinyana Avropada mükafat veriləcək

Sentyabr 16, 2026
Cəmiyyət

Qızıl-gümüş bahalaşdı

Sentyabr 16, 2026
Cəmiyyət

400 min km yol gedən avtomobillər – Siyahıda hansı markalar var?

Sentyabr 15, 2026
Cəmiyyət

Türkiyə Ayı fəth edəcək – tarix açıqlandı

Sentyabr 15, 2026

XƏBƏR LENTİ

Ermənistan üçün kritik 10 gün başladı

16 Sentyabr, 26 / 11:11

Müqəddəs Məkkəyə hücum CƏHDİ

16 Sentyabr, 26 / 10:57

Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?

16 Sentyabr, 26 / 10:48

Paşinyana Avropada mükafat veriləcək

16 Sentyabr, 26 / 10:36

Qızıl-gümüş bahalaşdı

16 Sentyabr, 26 / 10:22

Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı

16 Sentyabr, 26 / 10:09

Bakıda iş saatlarının dəyişməsi ilə bağlı yenilik – 57 nədir?

16 Sentyabr, 26 / 9:54

“Mehdiyev işi”ndə hamını təəccübləndirəcək ssenari – Kritik dövr başladı

16 Sentyabr, 26 / 9:40

Süni intellekt nəzarətdən ÇIXDI: İnsanların anlamadığı GİZLİ DİL yaratdı

16 Sentyabr, 26 / 9:26

SSRİ-nin 26 dünya rekordu vuran təyyarəsi – Bakı ilə bağlı az bilinən tarixçə

16 Sentyabr, 26 / 9:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.