Son dəqiqə
İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Cəmiyyət

Yardımlı Rayon İcra Hakimiyyəti başçısını əvəz edən şəxsin kimliyi məlum olub.

Cagdas.az-ın əldə etdiyi xəbərə görə, rayona rəhbərlik müvəqqəti olaraq icra başçısının birinci müavini Azər Xamiyevə həvalə edilib.

O, uzun illərdir Yardımlı Rayon İcra Hakimiyyətində işləyir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı sərəncamla Yardımlının icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl Yardımlıda anti-korrupsiya əməliyyatı keçirib.

Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur.\ölkə.az\