Son dəqiqə
İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Qubada iki bələdiyyənin adı dəyişdirilir

Cəmiyyət

Quba rayonunda iki bələdiyyənin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi təklif olunur.

Cagdas.az  xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılacaq.

Sənəddə həmin bələdiyyələrin əhatə etdiyi eyniadlı yaşayış məntəqələrinin adlarının da müvafiq yeni adlarla əvəzlənməsi təklif edilir.

Xatırladaq ki, Milli Məclis bu il mayın 12-də Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edib.\modern.az\