Son dəqiqə
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər!

Azərbaycanda hərracda gəmi satıldı

Cəmiyyət

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 15-də keçirilən hərracda 14 nəqliyyat vasitəsi satılıb. Bunlardan biri “Point Brower D” markalı gəmidir.

Cagdas.az xəbər veriri ki Dövlət Xidmətindən bildirilib ki, hərracda start qiyməti 4500 manat olan “Volkswagen Polo” markalı avtomobil 6600 manata, ilkin qiyməti 6750 manat olan “Land Rover Frelander” markalı nəqliyyat vasitəsi 7200 manata satılıb. “Point Brower D” markalı gəminin isə satış qiyməti 115 min manat olub.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.\modern.az\