Son dəqiqə
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət Gənclərin ipoteka problemi parlamentə DAŞINIR Hakan Fidan Brüsseldə almaniyalı həmkarı ilə görüşüb Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR Bakıda 5 milyonluq əmlak sahibindən xəbərsiz söküldü – Amma gör kimi məhkəməyə veriblər!

ABŞ bu ölkənin neftinə 100 il nəzarət edəcək

Cəmiyyət

ABŞ Venesuelanın neft yataqlarına uzunmüddətli çıxış əldə edib.

Cagdas.az xəbər verir ki, “Financial Times”ın yazdığına görə, təsdiqlənmiş ehtiyatları təxminən 65 milyard barel olan 17 neft yatağı üzrə ABŞ şirkəti North American Blue Energy Partnersə 100 illik konsessiyalar verilib.

ABŞ hökuməti isə layihədə pay və xüsusi hüquqlar əldə edib.

Ağ Ev sövdələşməni “dünya tarixində ən böyük neft sazişi” adlandırıb. ABŞ administrasiyasının açıqlamasına görə, razılaşma Vaşinqtona ABŞ ərazisindəki hazırkı təsdiqlənmiş neft ehtiyatlarından daha böyük resurs bazasına nəzarət imkanı yaradır. Bundan əlavə, Vaşinqton hasil ediləcək neftin bir hissəsini güzəştli şərtlərlə almaq üçün təminatlı hüquqlar əldə edib.

“Reuters”in məlumatına görə, ABŞ hökuməti xüsusi struktur vasitəsilə NABEP şirkətinin 35 faizlik payını da təmin edib. Bu mexanizmin şirkətə yeni kapital cəlb edilərkən ABŞ-ın payının azalmasının qarşısını alması nəzərdə tutulur.

Beləliklə, saziş Venesuelanın böyük neft ehtiyatlarının uzunmüddətli işlənməsində ABŞ şirkətlərinə və hökumətinə əhəmiyyətli rol verir.\modern.az\